Ukraynada yaşayan soydaşlarımız üçün qaynar xətt yaradılıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur.
Bu barədə Sonxeber.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, +380442773489 telefon nömrəsi və [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.
Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 855 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail qırıcıları "Hizbullah"ın obyektlərini bombalayıblar
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyə əyalətində "Hizbullah" təşkilatının hərbi obyektlərinə raket zərbələri endirib. "Elnashra" portalına istinadən xəbər verir ki, hava reydləri Əli-Tahir yüksəklikləri və Zautar-əş-Şərqiyə yaşayış məntəqəsini
26 aprelMoskvada elit binanın tikintisində yanğın: Ölənlərin sayı artdı - VİDEO
Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğında ölənlərin sayı artıb. xəbər verir ki, bu barədə RBK Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib. "Təəssüf ki, yeddi nəfər ölüb", - deyə bəyanatda qey
28 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprelHakan Fidan amerikalı vasitəçilərlə İran üzrə danışıqları müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib. bildirir ki, TASS-ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, müzakirələr son iki gü
26 aprelTokioda enerji qənaəti üçün işçilərə QƏRİBƏ TÖVSİYƏ
Yaponiyanın paytaxtı Tokioda sakinlərə ofislərdə elektrik enerjisinin istehlakını azaltmaq məqsədilə klassik iş geyimlərindən imtina edib daha yüngül gündəlik geyimlərə, o cümlədən şortlara üstünlük vermək tövsiyə olunub. BFM TV-yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Yuriko Koike bildirib
26 aprel