Artan beynəlxalq nüfuz ölkənin inkişaf perspektivlərini müəyyən edir

Artan beynəlxalq nüfuz ölkənin inkişaf perspektivlərini müəyyən edirAzərbaycan Respublikasının xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Bu dövlətlərdən biri də Rusiyadır. Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bu Bəyannamənin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən ilin yanvarında Moskva, noyabrda Soçi, dekabr ayında isə Brüssel görüşlərinin keçirilməsi dünya güclərinin regionda dayanıqlı sülhə və təhlükəsizliyə töhfələr vermək istəklərini nümayiş etdirir.
Öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdən Azərbaycanın hər hansı bir ölkə ilə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq sülh mesajlarını ünvanlayıb, yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib. Bu fəaliyyətin davamı olaraq Bəyannamədə əksini tapmış mühüm məqamlardan biri də beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsidir.
Digər bir tərəfdən Azərbaycan Qərb ölkələri ilə iqtisadi, siyasi və hərbi inteqrasiya prosesini ardıcıl olaraq davam etdirir, bu sahədə mümüh addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı NATO-nun Baş katibi Yens Stoltenberq də bu həqiqəti rəsmən dilə gətirmiş, Avropanın ən etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü bildirmişdi. Prezident İlham Əliyev isə Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini onun diqqətinə çatdırmışdı.
Bəyannamədə iki ölkə arasında ticarət-iqtisadi, metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, elm, hərbi-texniki, informasiya-kommunikasiya, mədəni sahələrdə əlaqələrin inkişafına yönəlmiş maddələrin yer alması Azərbaycan-Rusiya münasibətlərinin yeni bir mərhələyə qədəm qoymasına töhvə verəcəkdir.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 718   Tarix: 24 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

3 iyul
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul