AzTV Mənsum İbrahimovla bağlı filmdə niyə dəyişiklik edib?-VİDEO
"Mənsum İbrahimovla bağlı filmin çəkilişi elə dövrə düşdü ki, bütün planlarımız dəyişdi".
Bu barədə Azərbaycan Televiziyasının Kinoproqramlar və dublyaj redaksiyasının rəhbəri, filmin rejissoru Elnur Məmmədov "Qürurun təntənəsi" sənədli filmi ilə bağlı danışarkən deyib.
E.Məmmədov filmin Xalq artisti Mənsum İbrahimovun 60 illiyi münasibətilə çəkildiyini deyib.
Bildirib ki, filmin çəkilişlərinə 2020-ci ilin yay aylarında başlayıblar, lakin Vətən müharibəsinin başlaması planları dəyişib və tamamilə fərqli məcraya yönəldib.
"Biz filmlə bağlı plan quranda ağlımıza gəlmirdi ki, müharibə başlayar, torpaqlarımız işğaldan azad olunar və biz çəkilişlərimizi Qarabağda apararıq. Şuşaya bayrağımız sancılandan sonra düşündük ki, niyə biz filmimizin bir hissəsini o torpaqlarda çəkməyək?", - deyə E.Məmmədov qeyd edib.
Beləliklə, filmin bir hissəsi Şuşada və Ağdamda çəkilib. Mənsum İbrahimov Şuşanın tarixi məkanlarında, Ağdamın yerlə-yeksan edilmiş abidələrinin qalıqları arasında canlı ifalar da edib.
Lakin film bununla yekunlaşmır. Azərbaycanın ən qədim şəhər və qəsəbələrində yaşayan insanların Xalq artisti ilə bağlı fikirləri də sənədli filmdə yer alıb.
Bölgələrdə yaşayan misgər, saatsaz, balıqçı və digər sadə insanların Mənsum İbrahimovu necə tanıdıqları "Qürurun təntənəsi" filmində nümayiş olunacaq.
Ssenari müəllifi Mintac Elsevərin olduğu sənədli film fevralın 19-u saat 15:00-da AzTV-də nümayiş olunacaq./trend.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyul