Putin bu vəzifəsindən İSTEFAYA GÖNDƏRİLDİ
Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın qınağına tuş gələn Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Sonxeber.az Fanat.az-a istinadən xəbər verir ki, İJF-nin bugünkü bəyanatında deyilir: "Ukraynadakı müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası cənab Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir".
Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinə ən böyük mükafatlarından biri olan "səkkizinci dan qara kəmər" verib. O, 2008-ci ildə Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti seçilib.
Vladimir Putin 11 yaşından bu döyüş sənətini məşq etməyə başlayıb. 21 yaşında Leninqrad çempionu olub və usta adını alıb. 1999-cu ildə "Vladimir Putinlə cüdo öyrənmək" kitabı nəşr olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 9599 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Baydeni Ukraynaya pulsuz silah verməkdə günahlandırdı
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyası dövründə Vaşinqtonun Ukraynaya 350 milyard dollarlıq silah ötürdüyünü və bunun üçün kompensasiya almadığını açıqlayıb. xəbər verir ki, bu açıqlamanı Texasda Respublikaçılar Partiyası tərəfdarlarının mitinqində verib. "Biz ordunu yenidə
28 oktyabrSalvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo
29 oktyabrCənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib
Cənubi Koreyanın xüsusi prokurorlar qrupu qiyam və hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı iş üzrə apellyasiya prosesi zamanı ölkənin sabiq prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib. "Report" "Yonhap"a istinadən xəbər verir ki, xüsusi prokuror Ço In-sokun komandası bu tələb
29 oktyabr