Hazırkı Azərbaycan filmlərinin nöqsanları nə ilə bağlıdır? - Aktyor, yoxsa büdcə?
Hazırki Azərbaycan filmləri ilə köhnə filmlərimiz arasında böyük fərqlər var. Müqayisə etsək, indiki filmlərdə çox süniliklərə və bir sıra digər problemlərə rast gəlinir. Bəs görəsən, buna səbəb nədir? Azərbaycan filmlərində hazırda hansı nöqsanlar var?
Mövzuyla bağlı Sonxeber.az-a Türkiyənin "Savaşçı" filmində rol alan kinorejissor, ssenarist, aktyor Natiq Axund münasibət bildirib.
Onun sözlərinə görə, film çəkmək böyük vəsait tələb edir və əgər vəsait çox olarsa, iş də uğurlu alınar:
"Öncə bunu qeyd edim ki, istedadlı insanlarımız çoxdur. Adətən deyirlər ki, o vaxt istedadlı insanlar çox idi, amma indi yoxdur. Bununla heç vaxt razılaşmamışam. Hazırda da istər aktyor, istər rejissor kimi bacarıqlı insanlar var. Sadəcə şərait o şərait deyil. Hər şey maddiyyatın üzərində dayanır. Çünki film çəkmək böyük vəsait tələb edir. Əgər vəsait çox olarsa, iş də uğurlu alınar. Mənim arzum odur ki, hər kəs istədiyi büdcəni əldə edə bilsin və istədiyi filmi ərsəyə gətirsin. Təbii ki, söhbət peşəkarlıqdan gedir. İstərdim ki, peşəkar insanlara qapılar açılsın, gözəl işlər ortaya çıxsın.
Bu gün qonşu ölkə Türkiyədə bu, artıq böyük bir biznes təşkil edir. Orada dövlət tərəfindən müəyyən dəstəklərin göstərilməsinə baxmayaraq, şirkətlər də filmə, kinoya sponsor olur. Beləliklə, həmin şirkətlər dövlətə vergidən azad olurlar. Yəni vergi vermək əvəzinə, filmə dəstək olurlar, digər tərəfdən də, bununla sponsor kimi özlərini reklam edirlər. Bu şərait isə ölkə tərəfindən yaradılıb.
Bundan başqa, film gözəl alındıqda onun yetərincə müştərisi olur, ölkədən kənara satılır. Elə seriallar var ki, sezonu bitməmiş artıq başqa bir ölkədə paralel yayımlanır. Bundan başqa, onlarda sonra sponsor, baş sponsorlar olur. Yəni onlarla bizim filmlər arasında bu qədər fərq var. Ona görə onların problemi qalmır. 90 nəfərlik bir qrupda hər kəs öz işini bilir, bir rejissorun 4-5 köməkçisi olur. Söhbət hələ ikinci rejissordan gedir.
Ümumiyyətlə, mən "Savaşçı" filmində çəkilərkən setdə müşahidə etdim: əsas rejissorun heç bir əziyyəti yoxdur, çəkiliş məkanında oturub dincəlir. Ümid edirəm ki, nə vaxtsa bizdə də belə olacaq. Biznes tərəfi inkişaf edərsə, yaxşı büdcə olduqdan sonra uğurlu, yüksək işlər ortaya çıxacaq".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyul