Allergiya, yoxsa qrip? - Əgər öskürək qurudursa... - XƏBƏRDARLIQ

Allergiya, yoxsa qrip? - Əgər öskürək qurudursa... - XƏBƏRDARLIQAllergiya immunitet sisteminin ətraf mühitdə olan, ən çox yayılmış maddələrə - qida, tük, toz və kimyəvi təmizlik vasitələrinə - qarşı spesifik və çox güclü bir qoruyucu reaksiyasıdır.

Yaz fəslinin gəlməsi ilə mövsümi allergiya da baş qaldırır. Əsasən də uşaqlarda bu mövsümdə burun axma, öskürək kimi simptomların adi qrip, yoxsa allergiya olmasını müəyyənləşdirmək çətin olur. Bəzən allergiya digər reaksiyalarla səhv salınır. Davamlı burun axması, pollinozdur, yoxsa sinusit?

Pediatr Ellada Nağıyeva Sonxeber.az-a açıqlamasında bildirir ki, allergiyanın əlamətləri haqqında məlumatın olması müalicənin düzgün aparılmasına kömək edir.

Allergiya, yoxsa qrip? - Əgər öskürək qurudursa... - XƏBƏRDARLIQ"Allergiyanın mövsümi xarakteri nəyə qarşı allergiyanın olmasından asılıdır. Məsələn, hansısa insanda bitkilərin polenlərinə qarşı allergiya varsa, ağacların çiçəkləndiyi dövrdə onların allergiyası daha qabarıq formada özünü göstərəcək.

Qida allergiyası həmin qidanın qəbulu zamanı bəlli olur.

Ev tozuna qarşı allergiyanın isə hər hansı bir mövsümü olmur. Bu allergiya 4 fəsildə də özünü göstərə bilir.

Çox vaxt analar deyir ki, uşaq qaçanda, fiziki təzyiq olanda öskürməyə başlayır. Bu zaman allergiya barədə düşünülməlidir.

Allergiya zamanı əlamətlər nisbətən fərqlənir. Məsələn, bu zaman öskürək quru, inandcı, tutma şəklində olur. Allergiya öskürəyi bəlğəmlə, qızdırma ilə, çox güclü halsızlıqla müşahidə olunmur.

Allergik öskürək zamanı sadəcə öskürək, xırıltı, boğulma tutması və fit verici tənəffüs özünü göstərir.

Allergik burun axması adətən günün səhər saatlarında artır, şəffaf rəngdə olur, burun qaşınma və ard-arda asqırma ilə müşayiət olunur.

Allergiya bir az irəliləsə və aşağı tənəffüs orqanlarına qədər sirayət etssə, tənəffüs yollarında klinik simptomlar yaranar və bronxial astmaya qədər inkişaf edə bilər. Bu səbəbdən düzgün diaqnoz qoyulmalı və vaxtında müalicə aparılmalıdır."

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1263   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021