Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq konfrans təşkil edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq konfrans təşkil edirUkraynanı bürüyən münaqişənin kəskinləşməsi, Ukrayna universitetlərinə və digər təhsil müəssisələrinə qarşı davam edən hücumları və Rumıniyaya sığınan ukraynalı şagirdlərin, tələbələrin və təhsil işçilərinin sayının artmasını nəzərə alaraq, Levant Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynada müharibənin yaratdığı mənəvi və humanitar böhran şəraitində akademik mühitin həmrəyliyini müzakirə etmək üçün təcili beynəlxalq konfrans təşkil edir.

Sonxeber.az Milli.az-a istinadən bilrir ki, mərkəzdən verilən məlumata görə, hibrid tədbir bu gün Şərqi Avropa vaxtı ilə saat 16:00-da baş tutacaq.

Konfransda Bosniya və Herseqovina sabiq Baş Naziri və Baş Nazir müavini professor Zlatko Laqumdzijanın (Sarayevo Universiteti), Gürcüstanın sabiq baş naziri, sabiq Xarici İşlər naziri, insan hüquqları üzrə ixtisaslaşmış tanınmış hüquqşünas Eka Tkeşelaşvili, "Nizami Gəncəvi" Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Rumınyanın sabiq Prezidenti professor Emil Konstantineskunun, Milli Siyasi Araşdırmalar və Dövlət İdarəçiliyi Universitetinin rektoru Remusun Pricopie, Rumınyanın sabiq Baş naziri, sabiq Parlamenti Spikeri Petre Roman canlı olaraq, o cümlədən Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Dünya Elmlər Akademiyasının Prezidenti Qarri Jacobs iştirak edəcəklər.

Konfransda həmçinin həm universitet, həm də universitetə​​qədərki səviyyələrdə ukraynalı qaçqınların Rumıniyanın təhsil sistemlərinə inteqrasiyası istiqamətində milli səviyyədə həyata keçirilən tədbirlər haqqında məlumat xarakterli hesabat təqdim olunacaq.

Tədbirin sonuna yaxın iştirakçılar Ukraynadakı müharibədən ciddi şəkildə zərər çəkmiş təhsil və elmi tədqiqatları dəstəkləmək məqsədi ilə Avropa və Ukrayna akademik qurumları arasında əməkdaşlığın artırılması üçün müraciət edəcək və müharibənin təsirindən ziyan görmüş qaçqın mərkəzlərinə səfər edəcəklər.

Toplantı Dünya İncəsənət və Elm Akademiyası; "Nizami Gəncəvi" Beynəlxalq Mərkəzi; Buxarestdəki Milli Siyasi Elmlər və Dövlət İdarəçilik Universiteti və Levant Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu ilə birgə təşkil olunur.

Bununla yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Rumınya Prezidenti və Baş Nazirinin xüsusi nümayəndləri ilə görüşlər təşkil edəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1234   Tarix: 23 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu

18 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul