İdman gənclərin tərbiyəsində mühüm rol oynayır
Bu gün gənc nəslin sağlam, bilikli və vətənpərvər yetişdirilməsi ölkə rəhbərliyinin siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixli görüşündə Prezident İlham Əliyevin qeyd etdiyi kimi məhz bu vətənpərvərlik hissləri, Vətənə sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynamışdır. Bu yarışın nəticələri hamını çox sevindirib. 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında idmançılarımız 7-i qızıl olmaqla 16 medal qazanıb, komanda hesabında 1-ci yerə çıxıblar. Bu münasibərlə qalib komandanın üzvləri, onların məşqçiləri ölkə başçısı tərəfindən qəbul edilib.
Görüşdə qeyd edilib ki, bizim güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir. Artıq gənclərimiz başqa Azərbaycanı, qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. 44 günlük Vətən müharibəsində hərbiçilərimizlə birgə idmançılarımızda silaha sarılaraq möhtəşəm Qələbəmizin reallaşmasına öz imzalarını atiblar.
Həmçinin, bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna daha bir sübutdur.
Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda bu ərazilərdə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Beləliklə, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.
Aynur Xəlilova – YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı