"Rusiya prezidenti bu barədə düşünməlidir" - Elman Nəsirov

"Rusiya prezidenti bu barədə düşünməlidir" - Elman Nəsirov"Azərbaycan silahlı qüvvələri Xocalı rayonuna daxil olan Fərrux kəndini nəzarətə götürdükdən sonra Ermənistan, eyni zamanda Ermənistanla bağlı müəyyən beynəlxalq siyasi dairələr sanki yasa batıblar".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bir çoxları Azərbaycanı ittiham etməyə başlayıblar və xüsusi olaraq Rusiya KİV-ləri bu işdə daha böyük fəallıq göstərir:

"Elə bu günlərdə Rusiyanın dövlət kanalı olan "Rossiya 1" kanalında "60 dəqiqə" verilişində Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Mixail Delyagin bütün həmfikirlərini kölgədə qoyub. O, elə absurd mövqe ortaya qoyub ki, heç bir halda deputata, komitə sədrinə yaraşmır. Deputat bu mövqesi ilə öz ölkəsinin prezidentinə etimadsızlıq göstərir.

Çünki Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında ötən ay imzalanan bəyannamə ilə Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə qalxıb. Müttəfiqlik səviyyəsində olan bir dövlətinin Dumasının komitə sədri əgər Azərbaycanı aqressiyada, guya atəşkəs rejimini pozmaqda ciddi ittiham edirsə, "Azərbaycanın neft sənayesini bombalamaq lazımdır" deyirsə (neft sənayesinin də mərkəzi Bakı şəhəridir), belə çıxır ki, rusiyalı deputat həm də Azərbaycanın paytaxtını hədəfə alıb bombalamaqla hədələyir.

Kim ona bu səlahiyyəti verib?!

Bu cür absurd fikirlər eyni zamanda qanunazidd cinayətkar bir davranışı ortaya qoymağa sövq edir. Bu məsələdə çox böyük suallar yaranır.

Digər tərəfdən, son zamanlar Ermənistan tərəfinin intensiv təxribatlarına şahid oluruq. Onlar Rusiya sülhməramlılarına arxalanıb, güvənib, bu addımları atır, təxribatları həyata keçirirlər. Sülhməramlılar isə bu prosesi çox biganə, laqeyd izləyirlər. Onlar sülhməramlı missiyasına zidd ola biləcək davranış ortaya qoyurlar və bu da qəbuledilməzdir.

Haqlı olaraq, son zamanlar Azərbaycan ictimaiyyətində bu məsələlərlə bağlı çoxlu suallar yaranıb. Rusiya tərəfi o suallara hələ də cavab verməyib. İndi də Dövlət Dumasının deputatı, komitə sədri müavini səviyyəsində belə məsuliyyətsiz bəyanatlar səslənməkdədir.

Həmin fikirlər Rusiyanın dövlət televiziyasında səsləndirilib. Özəl televiziyada və ya rəsmi olmayan bir şəxs tərəfindən deyilsəydi, haradasa bəraət qazandırmaq olardı, lakin tamamilə əks proseslər baş verib.

Ona görə də, hesab edirəm ki, bu məsələləri bizim müvafiq qurumlar da Rusiya tərəfi qarşısında çox ciddi şəkildə qaldırmalıdır, rusiyalı deputat isə dedikləri ilə bağlı hüquqi müstəvidə məsuliyyət daşımalıdır, çünki belə hərəkətlər təkcə Azərbaycan dövlətini, onun suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid etmir, həm də Rusiyanın dövlətçilik maraqlarına ziddir.

Bir daha vurğulayım ki, rusiyalı deputatın bu addımı Vladimir Putinin də imza atdığı sənədə ziddir. Hesab edirəm ki, Rusiya prezidenti bu barədə düşünməlidir və deputatın bu cür məsuliyyətsiz davranışına hüquqi müstəvidə qiymət verməlidir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2643   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr