Rəsmi Bakı Ermənistana cavab verdi

Rəsmi Bakı Ermənistana cavab verdi"Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli bəyanatı ilə əlaqədar bildirmək istərdik ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir".

Sonxeber.az-ın məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi belə bəyanatla çıxış edib.

XİN beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınması məsələsi ilə bağlı Ermənistana xatırlatma edib.

Rəsmi Bakı Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb ki, beynəlxalq hüquqdan başqa daha yaxşı beynəlxalq çəkindirmə vasitəsi düşünülməyib:

"Ermənistan kimi bir dövlət, bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz. Əgər Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar edirik".

Azərbaycan XİN iki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq məsələsinə də toxunub.

"Xatırlatmaq istərdik ki, ilk olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan öncə Ermənistanla sülh sazişinin imzalanması təklifini irəli sürüb. Bir ay öncə sazişin əsaslanmalı olduğu konkret prinsipləri də səsləndirib.

Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçmək zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır", - deyə əlavə olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1404   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr