İlham Əliyev İsrailin turizm nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev İsrailin turizm nazirini qəbul edib - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğuladı. Prezident İlham Əliyev həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirdi.

İqtisadi sferada əlaqələrə toxunan dövlətimizin başçısı energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd etdi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışdı, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğuladı, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirdi.

İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilk növbədə Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Qonaq Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayaraq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirdi. O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini dedi və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğuladı.

"İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir", - deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirdi.

Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını dedi.

Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu vurğulayan İsrailin turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu qeyd etdi.

Yoel Razvozov bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin də qeyd olunduğunu vurğuladı.

11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozovu qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1037   Tarix: 05 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türküstünda TDT liderləri çay süfrəsində söhbətləşiblər

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ərəfəsində liderlər çay süfrəsində bir araya gəliblər. xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Özbəkistan liderləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliye

15 may
.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

5 may
.

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d

12 may
.

Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir

May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd

5 may
.

Prezident və birinci xanım Cəbrayıla səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı

9 may
.

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-b

12 may
.

Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədir

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi: "TDT bizim üçün əsas beynəlxalq təşkilatdır

16 may
.

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridi

6 may
.

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dövlətçilik tariximizin ən qüdrətli şəxsiyyətlərindən biri kimi hər zaman xalqın yaddaşında yaşayır. Onun müəyyən etdiyi inkişaf strategiyası, elmə, təhsilə və milli-mənəvi dəyərlərə verdiyi böyük önəm bu gün də Azərbaycanın tərəqqisinin əsasın

12 may