Brüsseldə Azərbaycanın 5 maddəlik təklifləri qəbul olundu - AÇIQLAMA

Brüsseldə Azərbaycanın 5 maddəlik təklifləri qəbul olundu - AÇIQLAMA"Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü birmənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsidir. Prezident İlham Əliyevin məhz postmünaqişə dövrü üçün sülh gündəliyinə nəzərdə tutduğu bütün məsələlər Brüssel görüşünün yekununda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha öz təsdiqini tapdı".

Sonxeber.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat xatırladıb ki, Azərbaycan-Ermənistan arasında sülh gündəliyi ilk dəfə 2021-ci ilin dekabrın 14-də Brüsseldə keçirilən görüşdə formalaşıb:

"Bilirsiniz ki, dünənki üçtərəfli görüş artıq ikinci belə görüşdür. İlk üçtərəfli görüş ötən ilin dekabrın 14-də keçirilib. Məhz həmin görüş zamanı Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən sülh gündəliyi formalaşdırılmışdı. Məhz o görüşdən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında təmaslar intensiv xarakter aldı. Buraya telefon zənglərini, səfərləri aid edə bilərik.

Bunun nəticəsi olaraq bir daha gördük ki, dünənki görüşdə sülh gündəliyinin formalaşması tam Azərbaycanın istədiyi kimidir. Aprelin 6-da keçirilən üçtərəfli görüş, təxminən 5 saata yaxın davam edib. Görüşün nəticələri olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha təsbit olundu ki, Ermənistan-Azərbaycan arasında artıq sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar başlanılsın".

C.Osmanov bildirib ki, Azərbaycan tərəfinin artıq sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifi qəbul olunub:

"Yəni görünən odur ki, həmin 5 maddə artıq qəbul olundu və bunun əsasında da danışıqlar aparıldı. Artıq həm Azərbaycanın, həm də Ermənistanın xarici işlər nazirliklərinə bununla bağlı tapşırıqlar verildi ki, bu sənədin üzərində iş görülsün. Sənəddə əsas məqam ondan ibarətdir ki, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapır. Digər tərəfdən bəyanatda yer alan məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. İlk növbədə qeyd olunan vacib nüanslardan biri əlbəttə, sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə razılığın əldə olunmasıdır. Bunun davamı kimi delimitasiyanın tərkibi və nəticəsi olaraq isə sərhəddə gərginliyin aradan qaldırılması vacib məqamlardan biridir".

Deputat qeyd edib ki, bəyanatda Avropa İttifaqının minatəmizləmə məsələsinə, itkin düşmüş şəxslərin tapılması istiqamətində səyləri də yer alıb:

"Bildiyiniz kimi, Ermənistan bu günə kimi Azərbaycana mina xəritələrini versə də, onun dəqiqlik göstəriciləri təxminən 25 faiz təşkil edib. Məlumdur ki, Azərbaycanın uzun illər işğal altında saxlanılan əraziləri ermənilər tərəfindən minalanmışdır. Eyni zamanda Birinci Qarabağ müharibəsindən bu günədək hələ də 3880 nəfər Azərbaycan vətəndaşının taleyi naməlumdur.

Bəyanatda bütün məsələlərin öz əksini tapması çox əhəmiyyətli məqamlardandır. Digər vacib məqam nəqliyyat-kommunikasiya xətlərinin təsdiq olunması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, eləcə də iqtisadi məşvərət şurası mexanizminin yaradılması məsələsidir. Azərbaycan hər zaman qeyd edib ki, biz əməkdaşlığa daha çox üstünlük veririk. Qarşılıqlı kommunikasiyaların açılması sahəsində Azərbaycan bölgədə böyük bir coğrafi məkanı birləşdirəcək, Avrasiyanı əhatə edən bir çox əlverişli bir logistika mərkəzinə çevrilib və bunu daha da genişləndirmək imkanı var. Azərbaycan bunu dəfələrlə vurğulayıb və bu da sənəddə öz əksini tapıb".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3795   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr