Brüssel görüşündə hansı irəliləyişlər əldə olundu? - AÇIQLAMA
"Aprel ayının 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu görüşün 4 saatdan çox davam etdiyi qeyd olunur. Zaman özü də onu göstərir ki, hərtərəfli və çox ciddi müzakirələr aparılıb. Nəzərə alaq ki, bu, Avropa İttifaqı Şurası prezidentinin təşəbbüsü ilə keçirilən ikinci görüşdür".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov görüşün nəticələri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Şarl Mişel jurnalistlərin sualını cavablandıran zaman irəliyə doğru böyük bir addım atıldığını qeyd edib:
"Bu irəliləyiş nədən ibarətdir və hansı məsələlərdə edilib? Mənə elə gəlir ki, bu sual daha böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, istənilən görüşə nəticələr baxımından qiymət vermək düzgün olar.
Görüş zamanı tərəflər razılığa gəliblər ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalansın və bu 5 baza prinsipi içərisində birinci yerdə duran Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Yəni Ermənistan artıq Azərbaycan ərazi bütövlüyünü tanımağa razılıq verir. Bu isə Qarabağın Azərbaycanın tərkib hissəsi olmağı anlamındadır.
Bu, çox vacib məsələdir. Nəhayət razılaşma əldə olunub və ilk dəfə XİN-ə təlimat verilib ki, sülh sazişi üzrə danışıqlara başlamağa hazırlaşsınlar.
Bundan başqa, əldə edilmiş mühüm razılaşmalardan biri, iki ölkənin sərhədlərinin əvvəlcə delimitasiyası ilə bağlıdır. Birgə sərhəd komissiyasının yaradılması aprel ayının sonuna qədər baş verməlidir. Nəticədə həm avtomobil, həm də dəmir yolu xətlərinin bərpası və qurulması ilə bağlı işlərə start veriləcək. Qeyd etmək istəyirəm ki, bu da çox önəmli bir razılaşmadır.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də jurnalistlərə müsahibəsində vurğuladı ki, əldə edilmiş razılaşmaya görə, Avropa İttifaqı həm minalardan təmizlənmə, itkin düşmüş soydaşlarımızın və onların kütləvi məzarının tapılması məsələlərində, həm də işğaldan azad edilmiş ərazilərin bərpası, quruculuğu ilə bağlı işlərdə öz dəstəyini göstərəcək.
Hesab edirəm ki, bu görüşdə ən çox diqqəti cəlb edən məsələlərdən biri də odur ki, heç bir halda "Dağlıq Qarabağ" ifadəsi işlədilmir, Dağlıq Qarabağ inzibati ərazi vahidinə istinad edilmir və eyni zamanda ATƏT-in Minsk qrupunun iştirakı ilə bağlı bir kəlmə də yoxdur. Burada artıq faktiki olaraq Avropa İttifaqının rəhbərliyi səviyyəsində yeni format, yəni Azərbaycan və Ermənistan siyasi liderlərinin danışıqları çərçivəsində problemlərin həlli məsələsi gündəmə gəlir.
Artıq vasitəçi olmadan bütün bunların edilməsi haqqında razılaşma var. Bir sözlə, Brüsseldə Şarl Mişel və Azərbaycanın Prezidenti cənab İlham Əliyevin görüşü zamanı "Sülh gündəliyi"nin həyata keçirilməsi istiqamətində əldə olunan razılaşmalar çox əhəmiyyətlidir. Çünki indiyə qədər keçirilən görüşlərdə haqqında bəhs edilən məsələlərə toxunulurdu, lakin heç bir konkretlik əldə edilmirdi. İndi isə artıq konkretlikdən söhbət gedir və bu da irəliyə doğru atılmış addım kimi qiymətləndirilə bilər".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı