Baydendən ilk dəfə "SOYQIRIMI" ifadəsi
ABŞ prezidenti Co Bayden ilk dəfə "soyqırımı" ifadəsindən istifadə edib.
Sonxeber.az xəbər verir ki, ölkədəki qiymət artımının vətəndaşlara təsirini azaltmaq üçün əllərindən gələni etdiklərini qeyd edən Bayden Ukrayna işğalının bütün dünyada yanacaq və ərzaq qiymətlərini artırmasına təsir göstərəcəyini bildirib.
"Dünyanın ən böyük taxıl istehsalçıları olan Çin, Rusiya və Ukrayna daha əvvəlki kimi istehsal etmirlər. Ona görə də hər şeyin qiyməti qalxır. Bu gün açıqlanan inflyasiyanın 70 faizinin yanacaq və ərzaq qiymətləri ilə bağlı olduğunu gördük", - deyə o vurğulayıb.
Bayden inflyasiyanı "Putinin qiymət artımı" olaraq xarakterizə edib.
O, bütün dünyada və ABŞ-da yanacaq qiymətlərini endirmək üçün hər gün strateji neft ehtiyatlarından 1 milyon barrel neft buraxdıqlarını və digər ölkələrin də buna bənzər addımlar atdıqlarını ifadə edib.
Qeyd edək ki, daha öncə Buça hadisələrini "müharibə cinayəti" kimi qiymətləndirən Bayden Rusiyanın Ukraynada törətdiyi hadisələrlə bağlı ilk dəfə "soyqırımı" ifadəsini işlədib.
Aysel QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1373 Tarix: 13 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr