"Petrosyan qapalı iclasda dedi ki, biz kimik, Qarabağı…" – Şok iddia
"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik, Qarabağı əlimizdə saxlaya bilək?"
Bunu "Hraparak" qəzetinə müsahibəsində Ermənistan parlamentinin keçmiş deputatı Hrant Xaçaturyan deyib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramında "Qarabağdakı separatçıların müstəqilliyinin tanınması" məsələsinin yer almadığını bildirib.
Xaçaturyan Paşinyanın separatçılara nəzəri olaraq, Qarabağ ermənilərinə Azərbaycanın suverenliyi çərçivəsində mədəni muxtariyyətin verilə biləcəyinə ümid bəslədiyinə də diqqət çəkib.
Sabiq deputat Qarabağ məsələsinə yanaşmada Ter-Petrosyan və Paşinyanın mövqelərinin üst-üstə düşdüyünü söyləyib:
"Burada iki variant mümkündür: ya Ter-Petrosyan Nikol Paşinyanın mətnlərini yazır, ya da Nikol Paşinyan Ter-Petrosyanın. O da mümkündür ki, onlar üçün bu mətnləri üçüncü şəxs yazır. Çünki baxışları məcmunca eynidir".
Xaçaturyan Levon Ter-Petrosyanın Ermənistanın Qarabağı işğalda saxlaya bilməyəcəyini hələ prezident olarkən dediyini və indi də bu fikirdə olduğunu bildirib:
"Ter-Petrosyan qapalı iclaslar keçirəndə deyirdi ki, biz kimik, Qarabağı saxlaya bilək? İndi eyni şeyi Paşinyan deyir".
Sabiq deputat müxalifətin birləşərək, Nikol Paşinyanı devirə biləcəyinə inanmadığını da deyib:
"Düzünü desəm, müxtəlif sosial təbəqələrin əhval-ruhiyyəsini öyrənirəm. Mən o ifadələri başa düşmürəm. "Birləşirlər" nə deməkdir? "Birləşirlər" deyəndə nəyi nəzərdə tuturlar? Bu ifadə məndə "bir yataqda yatacaqlar?" sualını yaradır. Bu, sadəcə diqqəti yayındırmaqdır. Təbii ki, bu baş versəydi, möcüzə olardı, amma əslində diqqəti yayındırmağa xidmət edir. Ümumiyyətlə, erməni xalqı başqalarına arxalanmaq fikrindən qurtulmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
Leysan yağacaq, dolu düşəcək
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
Qara çayı niyə çox içməlisiniz? - SƏBƏB
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırıldı