"Azərbaycanda ABŞ gizli laboratoriyaları" - Rusiya hərbi dairələri Bakıya təzyiq etməyə çalışır

"Azərbaycanda ABŞ gizli laboratoriyaları" - Rusiya hərbi dairələri Bakıya təzyiq etməyə çalışırRusiya növbəti dəfə Azərbaycan ərazisində ABŞ bioloji silah laboratoriyalarının olduğunu iddia edib. Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBZ) rəhbəri İqor Kirillov iddia edir ki, Pentaqon tərəfindən 2014-2022-ci illərdə postsovet respublikalarında (Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan) 500-dən çox elmi-tədqiqat layihəsi həyata keçirilib.
Kirillovun açıqlamasında əsas hədəf Ukrayna olub.
Rusiya dövlət rəsmisi iddia edir ki, ABŞ son illərdə Ukraynada çoxlu sayda bioloji silahları öyrənən laboratoriyaların fəaliyyətini dəstəkləmək üçün Ukrayna Elm və Texnologiya Mərkəzinə 350 milyon dollar vəsait ayırıb. Kirillovun açıqlamalarını geniş yazmağa gərək yoxdur, mövzu aydındır. Ukraynada Rusiya üçün "təhlükə" istehsalı indiki vaxtda başa düşüləndir.
Məsələ ondadır ki, bu iddia yeni məsələ deyil. Rusların Ukrayna ilə bağlı məlum kimyəvi silah, NATO genişlənməsi iddialarının kökündə hazırkı müharibəni bir şəkildə "əsaslandırmaq", haqq qazandırmaq dayanır. Ukraynaya Rusiyanın işğal hərəkatı başladıqdan bu yana bir neçə Rusiya dövlət rəsmisi oxşar iddia ilə çıxış edib. Bu, təxminən 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi öncəsi Vaşinqton və London rəsmilərinin kimyəvi silah bəhanələrinə bənzəyir.
Hazırda müharibənin davam etdiyi bir zamanda Ukrayna ilə yanaşı daha 3 respublikanın adının hallanması qəribədir. Belə görünür ki, Rusiyanın hərbi-siyasi dairələri məqsədli şəkildə bu ölkələri hədəf taxtasına çıxarırlar. Ukrayna və Gürcüstanın Rusiya ilə münasibətləri məlumdur. Moldova və Azərbaycan isə Rusiyanın tam olaraq təsir edə bilmədiyi, siyasi tərəfsizliyini qoruyub saxlayan ölkələrdir.
Bu iddianın ən qəribə tərəfi odur ki, rusiyalı general Azərbaycanın adını səsləndirməsə də, dərc olunan materialda ölkəmizin də adı qeyd olunub. Yəni başqa sözlə, Rusiya tərəfi əlində əsas olmadığı üçün rəsmi ağızdan bu iddianı səsləndirmir, amma bu cür dolayı yollara əl ataraq Bakını ittiham etməyə çalışır.
Məsələ ondadır ki, bu, Rusiya tərəfinin Azərbaycana qarşı ilk iddiası deyil. 2018-ci ildə, eləcə də bu ilin əvvəlində fərqli rus mənbələri Azərbaycanda ABŞ laboratoriyaları olduğu iddiasını ortaya atmış, Azərbaycanı öz ərazisində ABŞ laboratoriyaları saxlamaqda günahlandırmışdı.
Bu il yanvarın 22-də "Rossiya-24" telekanalında verilən jurnalist Arkadi Mamontovun müəllifi olduğu "Andromeda ştammı" sənədli filmində keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarının olduğu iddia edilirdi. Siyahıda Azərbaycan da vardı.
2018-ci ildə isə yenə Kirillivun şəxsində rusiyalı hərbi dairələr Azərbaycanda 8 bioloji silah laboratoriyanın olduğunu qeyd edirlər. Amma o zaman siyahıda Azərbaycanla yanaşı Moldova, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə də var idi. Mamontovun siyahısında isə Özbəkistanın da adı vardı.
Kiçik internet araşdırmasından belə aydın olur ki, Rusiya rəsmiləri təkcə son 3-4 ildə MDB məkanının az qala bütün ölkələrində ABŞ laboratoriyalarının olması barədə iddialar səsəndiriblər, hətta bəzi ölkələrdə, o cümlədən Rusiyanın müttəfiqi Ermənistanda bu laboratoriyaları tapıb ifşa ediblər. Ancaq nə o zaman, nə də indi Azərbaycanda belə bir laboratoriyanın mövcudluğunu təsdiq edən hər hansı sənəd üzə çıxmayıb. Lakin məhz indi, Ukrayna ilə müharibənin qızğın vaxtında Rusiya ordusunun kimyəvi silahlarla bağlı məsul şəxsi Ukrayna ilə yanaşı yalnız 3 ölkənin adını çəkir. Nə Orta Asiya respublikaları, nə də Ermənistanın – halbuki ruslar Ermənistanda 10-dan çox belə laboratoriyanın olmasını isbat etmişdilər – adı çəkilmir. Əvəzində Rusiya ilə açıq-aşkar münaqişədə olan Ukrayna və Gürcüstan, Avropaya inteqrasiya xəttini tutmuş və Moskva ilə məsafəli davranan Moldova, nəhayət Azərbaycan. Başqa sözlə, bioloji silah laboratoriyaları iddiası Rusiyanın post-sovet respublikalarına qarşı "işlənmiş" təzyiq rıçaqlarından biridir.
Daha sadə dildə ifadə etmiş olsaq, bu "siyahı" məqsədli tərtib olunub. Məqsəd Azərbaycana təzyiq etməkdir. İndi əlbəttə, kimsə düşünə bilər ki, hazırda dünyada təklənən, təcrid olunan Rusiyaya Azərbaycanla münasibətləri soyuqlaşdırmaq, Bakıya qarşı əsassız ittihamları ortaya atmağın hansı faydası ola bilər? Əksinə, Moskva bununla Bakı ilə münasibətlərini zədələyir.
Əlbəttə, ilk baxışdan Rusiyanın bioloji silah laboratoriyası ittihamları Moskvanın özünə qarşı çevriləcək bu hərəkət kimi görünsə də, arxasında daha dərin məqsədlər yatır. Bu addımın arxasında Brüssel danışıqlarının nəticələri, Azərbaycanın Qarabağdakı hərbi aktivliyi, Ukrayna məsələsində Bakının siyasəti Moskvada kimlərində ürəyincə deyil. Ona görə də Bakıya qarşı birbaşa deyil, bu şəkildə dolaylı zərbə vurmağa çalışırlar.
Moskvanın indiki məqamda Bakıya qarşı bu şəkildə "əcinnə ovu" siyasəti aparması iki dövlət arasında rəsmi münasibətlərə, qonşuluq siyasətinə ziddir. Dünyadan təcrid olunmaqda olan bir ölkənin qonşularını təhlükə mənbəyi elan etməsi heç şübhəsiz ki, yaxşı niyyətdən xəbər vermir. Amma əgər iddia varsa, iddiaçının bunu isbat etməsi lazımdır. Rusiya tərəfi isə ən azı 4 ildir müxtəlif ağızlardan bu iddiaları ortaya atır, amma heç zaman ortaya tutarlı fakt qoya bilməyib.
İkinci tərəfdən, artıq dünya dəyişir, bu cür əsassız iddialarla çox uzağa getmək olmaz. Ən yaxşı halda kiçik şovinist qruplar üzərində qısa müddətli təsir qoymaq olar. Bu da uzun davam edə bilməz. Çünki qeyd etdiyim kimi, iddianı əsaslandırmaq üçün fakt lazımdır. Fakt isə ortada yoxdur.
Nəhayət, bu üsulla Azərbaycana təzyiq etmək fikri yumşaq desək, düzgün hesablanmayan gedişdir. Saxta, əsassız iddialar üzərindən Bakıya təzyiq etmək artıq mümkün deyil.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3176   Tarix: 16 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun