İranlı general yenidən Azərbaycanı hədələdi
İran ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumərs Heydəri qonşu ölkələrdən biri haqda hədə ilə danışıb və ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən dilə gətirib.
General Heydəri deyib:
"Mühüm və strateji şimal-qərb bölgəsində baş verən Qarabağ müharibəsi zamanı (2020-ci ildə 44 günlük müharibə) İranın Ali Baş Komandanının əmri ilə əldə etdiyimiz məlumatlara görə, "qeyri-legitim İsrail rejimi" qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırıb. Həmin vaxt İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirirdi. Biz iki vacib və strateji şərt irəli sürdük: Birincisi, biz regionun geosiyasətində dəyişikliklərə imkan vermərik. İkincisi, sionist rejimin əlaltıları bölgəni tərk etməlidirlər. Biz ərazidə qaldıq və bu iki şərt yerinə yetirildi", - deyə general vurğulayıb.
Onun sözlərinə görə, İran regionda "sionist rejim"in fəaliyyətlərini müşahidə etməyə davam edir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR