İran mediasından Şuşada keçiriləcək qurultaya qarşı təxribat - FOTO
İran mediası Zəfər Qurultayına qarşı təxribat xarakterli materiallar yayır.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Bildirilib ki, İranın SEPAH və kəşfiyyat nazirliyi - ETTELAAT nazirliyinə yaxın media qurumları yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir və qurultayı pantürkistlərin anti-İran toplantısı adlandırırlar.
"Dəfələrlə bildirilmişdi ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz anti-İran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə anti-İran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və MİT-in məmurları başqa adlar altında iştirak edəcəklər", - deyə ETTELAAT-a yaxın "Azəriha" saytının "Telegram" kanalı yazıb.
Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı mənfi yazılar dərc edilib və bunun İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR