Paşinyan Qarabağa görə Putindən NƏ XAHİŞ ETDİ? - Moskva görüşünün DETALLARI
"Paşinyanın Moskvaya səfərə gəlməzdən öncə Brüssellə təmasları və bu səfərdən sonra baş tutacaq əlaqələri Qarabağla bağlı yeni planına dəstək almaq üçündür".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Rusiyalı siyasi analitik bildirib ki, Azərbaycan yenidən 30 il bundan öncəki faciələrin təkrarlanması üçün Qarabağ ermənilərinə muxtariyyət verməyəcək:
"Bu plan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. Lakin Paşinyan bununla yanaşı Qarabağda yaşayan ermənilər üçün çox əhəmiyyətli muxtariyyətə nail olmağa çalışır. O, faktiki olaraq elə muxtariyyət istəyir ki, Qarabağ formal olaraq Azərbaycanın tərkibində erməni anklavı olsun.
Erməni baş nazir faktiki olaraq isə Qarabağın Azərbaycandan müstəqil və Ermənistanla sıx əlaqələrə malik olmasına can atır. Ona görə də düşünürəm ki, Paşinyan Azərbaycanın ərazi bötüvlüyünü sənədlə tanımağa hazır olacaq. Lakin bu, ermənilər üçün yüksək səviyyəli muxtariyyət zəmanəti alandan sonra mümkün olacaq. Bu isə təbii ki, Azərbaycanı qane etməyəcək.
Azərbaycan sovet höküməti tərəfindən buraxılan muxtariyyət səhvinin yenidən təkrarlanmasına heç bir halda imkan verməyəcək. Ermənistan və Qərb Azərbaycanın nəyə görə muxtariyyətə qarşı olduğunu başa düşməlidir. Onlar anlamalıdırlar ki, Azərbaycan yenidən 30 il bundan öncəki faciələrin, yüz minlərlə insanın yurd-yuvasından qaçqın düşməsinin təkrarlanmasını istəmir".
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu açıqlayan Ermənistan rəhbərliyi Kremldə yenə mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi" haqqda danışıb. Rusiya prezidenti Vladimir Putin isə təkbətək görüşün protokol hissəsində "Dağlıq", "münaqişə" deyil, ancaq Qarabağda problemin olduğunu ifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR