"Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur" - Tamam Cəfərova

"Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur" - Tamam Cəfərova"Dünya Azərbaycanlılarının V Qurultayının azad Qarabağda, azad Şuşada təşkil olunması Azərbaycan tarixində mühüm rəmzi məna daşıyan hadisədir. Zəfər Qurultayının Şuşada baş tutması, harada yaşamasından asılı olmayaraq, xalqımızın birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsi, eləcə də azərbaycanlıların öz tarixi torpaqları ilə əlaqələrinin möhkəmləndirilməsi, onların milli və mədəni identikliklərinin qorunub saxlanılması, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 30 il tarixi torpaqlarımızın işğal altında olmasından mənəvi əziyyət çəkən dünya azərbaycanlıları, bu gün yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və tarixi Vətəni olan Azərbaycanla fəxr edirlər!"

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, azərbaycançılıq ideyasının, eləcə də bu ideyanın hər bir azərbaycanlının həyat fəlsəfəsinə çevrilməsinə xidmət edən dövlət siyasətinin əsas istiqamətlərindən biri bütün həmvətənlərimizi Azərbaycanın haqq mübarizəsinə cəlb etməkdən ibarət olub:

"Bu baxımdan dünya azərbaycanlıları haqq işimizin dünyaya çatdırılmasında, diaspor fəaliyyətinin həyata keçirilməsində öz töhfələrini veriblər. Cənab Prezident İlham Əliyev çıxışında qeyd edib: "Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir".

Şübhəsiz ki, dünyanıın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 44 günlük Vətən müharibəsində diaspor təşkilatları ilə sıx əməkdaşlığı diaspor fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayıb. İndi isə postmüharibə dövründə diaspora təşkilatlarının və xaricdə yaşayan gənc azərbaycanlıların qarşısında yeni vəzifələr dayanır. Onlar ölkəmiz üçün böyük və vacib qüvvədirlər. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi bizim dövlətimizi daha da gücləndirir.

Zəfər Qurultayının Şuşada keçirilməsinin böyük tarixi mənası var. Azərbaycan dövləti və xalqı tarixi torpaqlarımızın işğaldan azad olunması ilə yeni mərhələyə qədəm qoyub. Cənab Prezident İlham Əliyev nitqində bu sözləri də deyib: "Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu bizim üçün çox ağır idi. Mənim üçün, Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmamışdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr - hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər - bax, bu vəziyyəti yaratmışdır. Biz bilirdik ki, bu Qələbəyə layiqik".

Bəli, bu qələbə Azərbaycan xalqının haqqı idi və xalqımız misilsiz birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu".

Tamam Cəfərova qeyd edib ki, zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur:

"Qarabağ Zəfərindən Şuşa qurultayına gedən yol Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsi, müstəqillik və dövlətçilik tariximizin zirvə hadisəsidir. Azərbaycan xalqının Ulu öndəri, Ümumilli Liderimiz Heydər Əliyev dünya Azərbaycanlılarının həmrəy olması, ictimai-siyasi qüvvəyə çevrilməsi, milli dəyərlərimizin qorunması və təbliğ olunması istiqamətində yorulmaz fəaliyyət göstərib. 2001-ci il mayın 23-də "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncam, 2002-ci ilin iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalanıb.

İmzalanmış sərəncamlar, həyata keçirilən bütün tədbirlər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin qorunmasında çox böyük rol oynayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsinə yönəlmiş bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Zəfər Qurultayının Şuşada təşkil olunması qərarı və diaspor təşkilatları qarşısında qoyulan yeni vəzifələr bunun bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, Zəfər Qurultayı böyük rəmzi məna daşımaqla yanaşı, Azərbaycan tarixində özünəməxsus iz qoyacaq.

Zəfər Qurultayı münasibəti ilə, başda ölkə başçısı cənab Prezident İlham Əliyev olmaqla, bütün xalqımızı, dünya azərbaycanlılarını təbrik edir, birliyimizin, həmrəyliyimizin əbədi olmasını arzulayıram! Tarix dəfələrlə göstərdi ki, Azərbaycan xalqının birliyinin qarşısında bütün güclər acizdir. Yalnız birlik və həmrəyliklə qarşıya qoyulan hədəflərə uğurla çata bilərik. Birliyimiz, həmrəyliyimiz daim olsun!"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1160   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr