"Media və kommunikasiya siyasəti medianın gözü ilə" mövzusunda seminarların ikinci mərhələsinə başlanılıb.
Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində "Media və kommunikasiya siyasəti medianın gözü ilə" mövzusunda seminarlara başlanılıb.
MEDİA Agentliyi və "ADA" Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub.
Seminarın ikinci mərhələsinin açılış mərasimində çıxış edən "ADA" Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır.
ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova MEDİA Agentliyi ilə keçirilən digər layihələr kimi bu layihənin də uğurla davam etdirildiyini bildirib. O, medianın inkişafının cəmiyyətimizə müsbət təsir etməsindən danışıb.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində ADA Universiteti ilə sıx əməkdaşlıq gözəl təşəbbüsdür. O, belə silsilə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır. Seminarda yerli və xarici mütəxəssislər çıxış edir, interaktiv müzakirə sessiyaları aparılır.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA