Rayonlara sərnişin daşıyanların NƏZƏRİNƏ: Ciddi tədbirlər görüləcək
Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.
Bunu "Report"a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
"Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq, hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin digər nöqtələrində toplaşması halları var. Bu problemin aradan qaldırılması üçün işlər aparılır", - R.Hümmətov bildirib.
Onun sözlərinə görə, regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda - şəhərin müxtəlif nöqtələrində toplaşması uzun illər ərzində yaranmış bir problemdir və bunu aradan qaldırmaq üçün müxtəlif istiqamətlərdə işlər aparırıq:
"İlkin olaraq avtovağzalların, ümumiyyətlə şəhərlərarası sərnişindaşıma sahəsinin monitorinqini keçirdik. Nəticədə ciddi nöqsanlar aşkar edildi. Avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırladıq. Həmin tədbirlər planına əsasən, respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur".
R.Hümmətov bildirib ki, eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qanunsuz fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir:
"Bu reydlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Onu da bildirmək istəyirəm ki, aparılan sistemli tədbirlər nəticəsində Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzalın, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz taksi dayanacaq yerinin fəaliyyəti dayandırılıb. Sərnişin axını intensiv olan Lökbatan dairəsində Bakı - Cənub Avtostansiyasının pasportlaşdırılmasına başlanılıb".
Nazir müavini vurğulayıb ki, bu istiqamətdə işlər davam etdiriləcək, sərnişindaşıma sahəsində elektron xidmətlərin tətbiq edilməsi və rəqəmsal transformasiya təmin ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1806 Tarix: 29 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabr