"TikTok"dakı söyüşə görə qazini öldürən şəxs: "Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram" - FOTO

"TikTok"dakı söyüşə görə qazini öldürən şəxs: "Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram" - FOTO"TikTok"da yazdığı nalayiq ifadələrə görə Vətən Müharibəsi iştirakçısını öldürən Əli Musayevin məhkəmədə verdiyi ifadə məlum olub.

"Kriminalqafqaz" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı Natiq Ramazanovu bıçaqlayaraq öldürən 40 yaşlı Ə.Musayev onun atasından üzr istəyib və Natiqin övladlarına baxa biləcəyini deyib.

O, məhkəmədə bildirib ki, hər şey "TikTok"dakı canlı yayımda başlayan mübahisədən sonra baş verib və Natiqi bıçaqlamaq fikri olmayıb:

"Ailəliyəm, 10 yaşlı və 15 yaşlı iki övladım var. Dializ xəstəsi olduğum üçün işləməmişəm. Noyabrın 7-də gecə saat 05:00 radələrində "TikTok" sosial şəbəkəsinə təsadüfi daxil oldum, tanımadığım şəxsin açdığı "canlı"ya baxdım. Canlıya ondan sonra daxil olan və sonradan adının Natiq olduğunu bildiyim şəxs "User" adlı istifadəçi profilindən "özünüzə hörmət edin" deyə ismarış yazdı. Həmin ismarış bütün istifadəçilərə ünvanlanmışdı. Belə ki, onun yazdığı ismarışı "canlı"da olan bütün şəxslər görürdü. Onun belə məzmunda ismarışını gördükdə, həmin ismarışı özümə qarşı təhqir hesab edərək özümə məxsus "Alik" adlı profildən səhərə yaxın saat 5-də girib "camaata hörmət dərsi keçənin burada nə işi var, ikincisi də get hörməti anandan öyrən", deyə ismarış ünvanladım. Mənim ismarışımı "canlı"da olan bütün şəxslər görürdü. Mənim bu sözlərimdən sonra Natiq mənə ünvanlayaraq nömrəsini qeyd edib "yığ" deyə söyüşlə ismarış yazdı. Natiqin bu söyüşlərindən sonra dərhal qeyd etdiyi nömrəyə zəng etdim".

Əli Musayev əlavə edib ki, Natiqə zəng edən kimi qarşı tərəf dayanmadan söyüşlər söyməyə başlayıb:

"Natiqə "dayan, söydüyün söyüşlərin altından qalxa bilməyəcəksən, "söyüşlərə görə sənin dilini kəsəcəm, söyürsənsə özümə söy, nə işin var digərləri ilə" deyə bildirdim. Daha sonra Natiq gəlib məni tapacağını, ailəmin qabağında məni cəzalandıracağını söyüş və təhqirlərlə bildirdi. Mən Natiqə üzr istəmədiyi təqdirdə onu bıçaqla vuracağımı dedim. Ondan nəyə görə söyüş söydüyünü soruşduqda Natiq mənə "TikTok"da yazdığım "Get anandan öyrən" sözünə görə məni söydüyünü dedi. Mən isə Natiqi söymədiyimi, Natiqin özünün dözülməz söyüşlər söydüyünü bildirdim. Natiqə dedim ki, əgər bunu söyüş kimi qəbul edirdisə, mənə bildirərdi ki, bu səhv hərəkətdir, mən də bu sözlərə görə ondan üzr istəyərdim. Natiqdən də eyni zamanda, söydüyü söyüşlərə görə üzr istəməsini tələb etdim. Natiq isə söyüş söyməyə davam edərək məndən üzr istəməyəcəyini bildirdi. Natiqə bu sözlərə görə onu cəzalandıracağımı dedim. Natiq isə məni yenə təhqir edərək telefon danışığını dayandırdı. Daha sonra Natiqə mesaj yazaraq dediyi sözlərə görə onu cəzalandıracağımı dedim. O isə söyüşlər yazaraq nömrəmi blok etdi. Həmin gün onunla danışıq başa çatdı".
"TikTok"dakı söyüşə görə qazini öldürən şəxs: "Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram" - FOTOTəqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 8-də xəstəliyi ilə əlaqədar xəstəxanaya getdiyi üçün Natiqə zəng etməyib:

"9 noyabr 2021-ci il tarixdə saat 16-17 radələrində Natiqə zəng edərək onunla görüşmək istədiyimi, Natiq də hara deyirəmsə oraya gələ biləcəyini bildirdikdə ona Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Nəbz" klinikasının qarşısında görüşməyi təklif etdim. Natiq bu təkliflə razılaşaraq gəldi və görüşdük. Natiq ilə birlikdə söhbət etmək üçün 145 nömrəli məktəbin yaxınlığına, Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə gəldik. Yol boyu Natiqə qarşılıqlı üzr istəməyi təklif etsəm də, Natiq məndən üzr istəməyəcəyini bildirdi. Daha sonra binanın həyətində oturaraq söhbət etməyə başladıq. Natiqlə söhbət etməkdə məqsədim onu qarşılıqlı üzr istəməyə razı salmaq və söhbəti bağlamaq idi. Natiqdən üzr istədim, əlavə olaraq qeyd etdim ki, Natiq məndən yaşca kiçikdir, o da üzr istəsin və bu söhbəti bağlayaq. Lakin bunu qəbul etmədi və onun bu şəkildə hərəkət etməsi məni çox əsəbiləşdirdi. Üzərimdə gətirdiyim bıçağı çıxararaq Natiqin sağ budundan bir zərbə vurdum".

Hadisədən sonra Əli Musayev yaşadığı evə gedib:

"Səs-küyə ətrafda olan şəxslər də hadisə yerinə gəlmişdi. Orada olan şəxslərə polisə təslim olmaq niyyətində olduğumu, Natiqin qan itirməməsi üçün orada olan xatırlamadığı şəxslərdən birinə bel kəməri ilə yarasını sıxmalarını bildirdim. Daha sonra yaşadığım ünvana gedərək yuyundum və paltarımı dəyişdim. Məqsədim oradan Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gedərək təslim olmaq idi. Lakin, evdən çıxdıqda polis əməkdaşlarını binanın həyətində gördüm və təslim oldum. Səhv etdiyimi başa düşürəm, əməlimdən peşmanam. Natiqin atasından üzr istəyirəm. Mərhumun övladlarını da öz övladlarım kimi qəbul etməyə və əlindən gələn bütün köməklikləri göstərməyə hazıram".

Mərhum Natiq Ramazanovun hüquqi varisi olan atası isə Əlinin üzrxahlığını qəbul etməyib:

"1991-ci il təvəllüdlü oğlum leytenant rütbəsində olmaqla Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Daha sonra vəfat etdiyi vaxtadək "Cavid2016" şirkətində mühəndis vəzifəsində çalışıb. Sakit təbiətli insan idi, hər kəslə mehriban davranırdı, heç kimlə düşmənçiliyi və ya şəxsi ədavəti olmayıb. 9 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olduğum zaman övladının ölməsi və Nizami rayon ekspertizasına aparılması barədə məlumat gəldi. Həmin yerə gəldim və orada ona məlum oldu ki, həmin gün saat 16:30 radələrində əvvəllər tanımadığım Əli adlı şəxs övladım ilə "TikTok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələr ilə əlaqədar aralarında baş vermiş mübahisəyə aydınlıq gətirilməsi üçün, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətində görüşərkən bıçaqla oğlumun sağ budun yuxarı nahiyəsindən vuraraq xəsarət yetirib və nəticədə övladım ölüb. Mən təqsirləndirilən şəxs ilə barışmamışam, ondan şikayətçiyəm, mənə vurulan ziyan ödənilməyib".

İstintaq zamanı o da məlum olub ki, internetdəki mübahisədən sonra ilk olaraq Natiq Əlini Xırdalana söhbət etməyə çağırıb, lakin Əlinin dostu onu Xırdalana getməyə qoymayıb, daha sonra isə Natiq Əlinin yaşadığı əraziyə gəlib.
"TikTok"dakı söyüşə görə qazini öldürən şəxs: "Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram" - FOTOQeyd edək ki, Əli Musayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və ona doqquz il həbs cəzası verilib.

Öldürülən Natiq Ramazanov aktiv "TikTok" istifadəçisi olub. Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı leytenant rütbəsi alıb. Vətən Müharibəsinə könüllü yollanıb. N.Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.

Həbs edilən Əli Musayevin isə dini təriqət nümayəndəsi olduğu bildirilir.

Qətlə yetirildikdən bir ay sonra Natiq Ramazanovun ikinci övladı anadan olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2357   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr