Sovet Ordusu Hitlerin qaradərili əsgərlərinə necə qalib gəldi? - MARAQLI FAKT

Sovet Ordusu Hitlerin qaradərili əsgərlərinə necə qalib gəldi? - MARAQLI FAKTAlmaniya Ordusu 1941-ci il iyunun 22-də Sovet İttifaqına genişmiqyaslı hücum etdi. Hücumda Almaniya ilə yanaşı, müttəfiq İtaliya, Macarıstan, Rumıniya və Finlandiyanın hərbi qüvvələri, həmçinin, müxtəlif xalqların nümayəndələrindən ibarət könüllü diviziyalar iştirak edirdi.

Sonxeber.az Almaniya Ordusunun ən ekzotik hərbi qüvvəsi – qaradərililərdən ibarət "F Korpu"su yaxud korpusa rəhbərlik edən komandirin adı ilə "Helmut Felmi" korpusu barədə məlumatı təqdim edir.

İrqçi dövlət olmasına və ağdərililərin ali irq olduğunu rəsmi ideologiya elan etməsinə rəğmən Almaniya İkinci Dünya Müharibəsinin gedişində onların ali irq kriteriyalarına uyğun gəlməyən ərəbləri, hindistanlıları və qaradərililəri hərbi xidmətə cəlb edirdi.

Vermaxtın tərkibində "Azad Hindistan", "Ərəb legionu", "Şərq legionu" və s. hərbi birliklər var idi. Onlar daha çox Şimali Afrikada müstəmləkə siyasətinə etiraz etdikləri Britaniya qoşunlarına qarşı vuruşurdular.

"Feli Korpusu"u təkcə könüllü olaraq döyüşən qaradərili döyüşçülərdən ibarət deyildi. Korpusun bütün zabit heyəti milliyətcə almanlardan ibarət idi. Onlar hamılıqla Berlin Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş, Şərq dillərində səlis danışa bilirdilər.

Məsələn, korpusda xidmət edən zabitlərdən biri kalmık dilini təmiz bilirdi və kalmık mənşəli bələdçilərin köməyi ilə kəşfiyyat qrupunu Həştərxan şəhərinin 25 kilometrliyinə qədər gətirə bilmişdi. Bu manevr sayəsində "Kizlyar-Həştərxan" dəmir yolu xətti bağlanmışdı. Qeyd olunmalıdır ki, həmin hadisə Almaniya Ordusunun Şərqə doğru ən uzaq irəliləyişi idi.

Korpus komandiri Felmi aviasiya generalı olsa da, Yaxın Şərq barədə çox məlumatlı biri olub. Onun kuratoru Üçüncü Reyxin XİN başçısı Ribbentropun yaxın köməkçisi general Qrob olub. General Qrob bundan öncə, Almaniyanın Bağdad və Ər-Riyadda səfiri olub, ərəb ölkələri üzrə səlahiyyətli şəxs təyin edilib. Məhz Ribbentropun, Felminin və Qrobun ortaq səyləri nəticəsində bu qeyri-adi korpus yaradıldı.

1942-ci ildə Rostov-na-Donu şəhəri yaxınlığına göndərilən korpusun 6 min hərbçisi olub. Onlardan 3 min nəfəri Şimali Afrikadan olan ərəblər və qaradərililər, qalan hissəsi isə hindistanlı, fələstinli, suriyalı, iranlı və assuriyalılardan ibarət idi.

Bundan başqa, "Feli Korpusu"nun 25 müasir T-IV tankları, 25 təyyarəsi, minomyot batareyası, ağır artilleriya divizionu, ağır zenit divizionu, kəşfiyyat xidməti, rabitə bölüyü, minaaxtaranlar qrupu, təminat və təşviqat aparmaq üçün səyyar mətbəəsi olan xidmət var idi.

Hesab olunurdu ki, "Felmi Korpusu" müsəlman ölkələrinə daxil olan kimi yerli əhali hesabına korpusun sayı artırılmalı idi. Komandanlıq alman qoşunlarının tərkibində öz soydaşlarını görən xalqların Böyük Britaniya və SSRİ-yə qarşı qısa zamanda ayağa qalxacağını gözləyirdi.

Digər tərəfdən, Azərbaycanı ələ keçirməklə Almaniya SSRİ-yə müttəfiq ABŞ və Böyük Britaniyanın göndərdiyi hərbi yardımların qarşısını kəsməyi düşünürdü.

Bakını ələ keçirdikdən sonra korpusun "Yaxın Şərqin Azadlıq Ordusu" adı altında 3 fələstinli, 2 ərəb və İraq diviziyası ilə regionda hərbi əməliyyatları davam etdirməsi düşünülürdü.

Qeyd olunmalıdır ki, korpus Almaniya Ordusunun nəzarətə götürdüyü Novoçerkassk və Stavropol şəhərlərində formalaşmış və fon Yunqşultsla Platovskinin komandanlıq etdiyi 2 kazak alayı ilə koordinasiyalı döyüşürdü.

Uzaq perspektivdə Almaniya komandanlığının planı Şimali Qafqazı, sonra Bakını ələ keçirmək və İran ərazisinə daxil olaraq Hindistan sərhədinə qədər irəliləmək idi. Burada Vermaxt Yaponiya İmperator Ordusu ilə görüşməyi planlaşdırırdı.

Təsadüfi deyil ki, 1942-c il iyulun 24-də Vermaxtın general-polkovniki Hans Rauf yaponiyalı hərbi attaşeyə Don çayı üzərində partladılmış körpüyə yaxınlaşaraq Rostov-na-Donu şəhərini göstərərək "Qafqazın qapıları açıqdır"", - deyə səslənir və "Qəhrəman alman qoşunlarının Hindistanda sizin imperatorun əsgərləri ilə görüşəcəyi tarixi saat yaxınlaşır", - deyə əlavə etmişdi.

Paralel olaraq, Şimali Afrikada vuruşan general Erix Rommelin Misiri ələ keçirdikdən sonra Yaxın Şərqə, o cümlədən İraqa daxil olaraq ikinci cəbhə açması gözlənilirdi.

1942-ci ilin yayında Almaniya "Edelveys" planını işə saldı. Plana görə, "A" Ordusu Qafqazı tam nəzarət alaraq Bakının neft sənayesini nəzarətə almalı idi. Bunun üçün "Felim Korpusu"nun ərəb və qaradərili döyüşçülərindən istifadə olunması da nəzərdə tutulurdu.

1942-ci il avqustun 5-də korpusun döyüşçüləri Yunanıstandakı təlim mərkəzindən Bolqarıstana, oradan isə Rumıniyaya və nəhayət oktyabrın 3-də Stalino (Donetsk) şəhərinə dislokasiya olundu.

1942-ci ilin oktyabrında Almaniya Ordusunun vəziyyəti qəfil ağırlaşır. Stalinqradda Vermaxtın 6-cı Ordusunun mühasirəyə düşməsindən sonra 6 minlik "Felmi Korpusu" Stavropol diyarının Açikulak rayonu istiqamətində Sovet Ordusu ilə döyüşlərə cəlb olunur.

Yanvara qədər davam edən ağır döyüşlərdə korpus şəxsi heyətinin yarıya qədərini itirir. Çoxsaylı itkilər səbəb ilə buradan korpusun döyüşçüləri təyyarələrlə Şimali Afrikaya aparılır və Böyük Britaniya və ABŞ Ordularına qarşı döyüşlərə cəlb edilir.

Amma 1943-cü ilin mayında korpus 300 minlik alman qruplaşması ilə birlikdə Tunisdə kapitulasiya etməli olur.

Beləliklə, Almaniyanın böyük ümidlərlə yaratdığı ekzotik "Felmi Korpusu" ona bəslənən ümidləri doğrultmur və hərbi vahid kimi mövcudluğunu dayandırır.

Korpusa rəhbərlik etmiş general Helmut Felmi isə 1945-ci ilin yazında Yuqoslaviyada müttəfiq qüvvələrin təslim olur və Nürnberq Məhkəməsində 15 il həbs cəzası alır.

Sonradan onun həbs müddəti azaldılır və o, 1951-ci ildə azadlığa çıxır.

Helmut Felmi 1965-ci ildə 80 yaşında Darmşdat şəhərində ölür.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1658   Tarix: 08 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıb

Macarıstan Prezidenti Tamaş Şuyok özünün vəzifədən kənarlaşdırılmasını da nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi imzalayıb. "Report" "Index"ə istinadən xəbər verir ki, bu barədə Şuyok öz videomüraciətində bildirib. Qeyd olunub ki, qərardan əvvəl aylarla davam edən siyasi və konstitusiya-hüqu

19 iyul
.

Avropanı +47 dərəcəyə çatan yeni amansız isti dalğası gözləyir

Yaxın günlərdə Avropanın cənub-qərbi Səhradan isti hava gətirəcək güclü antisiklonun təsiri altında qalacaq. Ən mürəkkəb vəziyyət İspaniyada gözlənilir. Ölkənin bəzi ərazilərində temperaturun +45.+47 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da milli rekordlara yaxın göstəricidir. Qaynarinfo xəbər veri

21 iyul
.

Messi ilə belə vidalaşdılar - (Video)

İdman geyimləri istehsalçısı "Adidas" Argentina millisinin kapitanı Lionel Messiyə həsr olunmuş xüsusi videoçarx yayımlayıb. xəbər verir ki, "Gracias, Leo" ("Təşəkkürlər, Leo") adlı videoda Messinin 2006-cı ildən 2026-cı ilə qədər qatıldığı dünya çempionatlarında geyindiy

22 iyul
.

Zelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin

19 iyul
.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

19 iyul
.

Macarıstanda seçki yaşı 16-ya endirilə bilər: Baş nazir təklif etdi

Macarıstanın Baş naziri Peter Madyar ölkədə seçkidə iştirak üçün yaş həddinin hazırkı 18-dən 16-ya endirilməsini təklif edib. xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. "Əminəm ki, bu gün 18 yaşdan kiçik şəxslərin böyük əksəriyyəti ümumi qərarların qəbulunda iştira

19 iyul
.

İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü

ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v

19 iyul
.

Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət

Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını

20 iyul
.

NYT: İranın İordaniyadakı bazalara zərbələrində onlarla ABŞ hərbçisi yaralanıb

İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, çox sayda helikopter isə zədələnib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son be

19 iyul