Azərbaycanda palata yoldaşını öldürən şizofren azadlığa BURAXILDI - TƏFƏRRÜAT

Azərbaycanda palata yoldaşını öldürən şizofren azadlığa BURAXILDI - TƏFƏRRÜATMaştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında beş ay öncə baş vermiş cinayətlə bağlı məhkəmə araşdırması yekunlaşıb.

"Kriminalqafqaz"ın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və ötən həftə hökm çıxarılıb.

Xatırladaq ki, 2021-ci il dekabrın 3-də paranoidal şizofreniyadan əziyyət çəkən iki xəstə - Emil İbadov və Elvin Həsənov dalaşıblar. Onların mübahisəsi yorğana görə olub. Belə ki, Emil Elvindən yorğanını istəyib. Elvin buna etiraz etdiyindən Emil onu döyməyə başlayıb. Ağır xəsarətlər alan Elvin Həsənov 13 gün sonra Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Elvin Həsənovun anası məhkəmədə bildirib ki, oğlu 17-18 yaşlarından qeyri-adekvat hərəkətlər etməyə başlayıb və mütəmadi olaraq ona iynə vurulub:

"Həyat yoldaşım vəfat edəndən sonra Elvin daha da aqressivləşdi. Evdəki əşyaları qırmağa başladı. Onu Maştağadakı Psixiatriya Xəstəxanasına yerləşdirdik. Bir müddətdir ki, orada müalicə alırdı. Elvinin döyülməsi xəbərini mənə səhəri gün dedilər. Eşitdim ki, Elvinlə eyni palatada müalicə alan digər xəstə ona xəsarət yetirib. Mən xəstəxanaya gedəndə Elvin komada idi, elə orada da vəfat etdi".

Anası deyir ki, Elvin əşyaları sındırar, qışqırar, əsəbiləşər, lakin heç kimi vurmazmış. Həsənovun müalicə müddətində də kiminləsə münaqişə yaşaması barədə ona məlumat verilməyib.

"Oğlumu aqressiv xəstə ilə bir palatada saxlayıblar və onlara nəzarət olunmadığından bu hadisə baş verib. Xəstəxana işçiləri səhlənkarlığa görə cəzalandırılmalıdırlar", - vəfat edən Elvinin anası belə düşünür.

İstintaq dövründə xəstəxana işçiləri ilə bağlı səhlənkarlıq və cinayət barəsində xəbər verməmə ittihamları ilə cinayət işinin başladılması tələb olunub. Lakin istintaq orqanı işçilərin əməllərində cinayət tərkibi olmadığı qənaətinə gəlib. Onlara qarşı cinayət təqibinin başlanması rədd edilib.

Xəstələrdən məsul olan tibb bacılarından biri məhkəmədə deyib ki, şöbədə 70-80 nəfər xəstə müalicə alır və onlar xəstələrin dərmanları vaxtında qəbul etməsinə, xəstələrə qulluq edilməsinə nəzarət edirlər:

"Emil və Elvini həmişə nəzarətdə saxlasaq da, ətrafa zərər verirdilər. Aqressiv olduqları üçün nəzarət otağına yerləşdirmişdik. Ədalət həkimin müəyyən etdiyi qrafikə uyğun olaraq, Elvinə və Emilə iynə vurulmuşdu. Ayın 3-ü mən evdə olanda gecə zəng gəldi ki, Emil Elvinə xəsarət yetirib. Digər xəstələrə də hücum çəkmək istədikləri üçün nəzarət otağına yerləşdirilmişdilər".

"Mən axşam evdə olarkən bildirdilər ki, Emil Elvini vurub. Palatanın kamerasına baxdıqda hadisənin necə baş verdiyini gördüm. Emil Elvindən yorğan istəyir. Elvin yorğanı vermədiyi üçün Emil ona yumruq və təpiklə xəsarətlər yetirir", - xəstəxananın şöbə müdiri Ədalət həkim məhkəmədə bu fikirləri səsləndirib.

O, iki aqressiv xəstənin nəyə görə eyni otaqda yerləşdirilməsi məsələsinə isə: "İmkanlar məhdud olduğu üçün hər xəstəni ayrı otaqda yerləşdirmək mümkün deyildi", - cavabını verib.

Məhkəmə Emil İbadovu Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edib. Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi rəy verib ki, Emil İbadov hadisəni anlaqsız vəziyyətdə törədib. Bu səbəbdən məhkəmə 41 yaşlı Emil İbadovu məsuliyyətdən azad edib. Hökmə əsasən, E.İbadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tətbiq edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1247   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr