Uşaqlar zənginlik və şöhrətin təbliğatının qurbanına çevirilir - Hacı Şahin intiharlardan danışdı

Uşaqlar zənginlik və şöhrətin təbliğatının qurbanına çevirilir - Hacı Şahin intiharlardan danışdı"Sevginin, insanın ali bir varlıq olmasına inamın olmadığı bir mühitdə intihar sayının artması təbiidir".

Bunu Bakupost.az -a açıqlamasında ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, intihar sosial problemlərdən daha çox həyata yanlış baxışın, mənəvi boşluğun nəticəsidir:

"Problemin həll yolunu tapmaq üçün onun səbəblərini bilmək gərəkdir. Səbəb aradan qaldırıldıqda problem də həllini tapar. İntihar bağışlanmaz və böyük günahlardandır. Çünki onun səbəbi ən böyük nemət olan həyata qarşı sayqısızlıq və naşükürlükdür. Quran da bizə fundamental bir sual verir: məgər insan naşükürlükdən başqa nəyinsə cəzasını çəkirmi?

Bunca fürsət və imkanları görməmək həyata və bu həyatı bizə bəxş edən yaradana qarşı hörmətsizlikdir. Özü də həyatda qalmaq üçün insanın instinktləri var, insan yaşamağa kodlaşdırılıb. Bu instinkt bir-iki günə zəifləyə bilməz, bu, uzun illərin nəticəsidir. Həyat bir anın içində qaralmır gözümüzdə, bu, davamlı bir prosesdir və iç dünyamızla əlaqəlidir. Məyus olduqca iç dünyamız qaralır, nəticədə həyata da maraq itir, özümüzdən ümidimiz kəsilir, sonda Allaha da inamımız aradan gedir. İntihar bu mənəvi halın fiziki təzahürüdür. İntihar hamını özünə borclu bilən insanın hamıdan intiqam almaq cəhdidir həm də. Yəni "mənim qədrimi bilmədinizsə, mən də ölümümlə sizi cəzalandıracağam" məntiqi".

H.Şahin bildirib ki, intihar səbəblərindən biri də sevgi çatışmazlığıdır:

"Ona görə insanlararası, xüsusilə ailədaxili münasibətlərdə sevgi ən fundamental dəyərdir. Təəssüf, çoxları bunu ya anlamır, ya səhv anlayır.

Müasir mədəniyyət insanlara nə aşılayır? Uğur, zənginlik və şöhrət.

-Ancaq özünü düşün, tez qazanıb, tez məşhurlaşmağı düşün. Bunlar olmasa, həyat da yoxdur.

Təhsil də, əxlaq da, görkəm də, hətta ailə də özü özlüyündə insanı xoşbəxt edən amil kimi deyil, zənginlik və şöhrət əldə etmək vasitəsi kimi təbliğ olunur. Həm valideynlər, həm də övladlar bu təbliğatın qurbanına çevirilirlər. Ona görə, ailələr dağılır, övladlar səhv tərbiyə olunur, yeniyetmələr səhv seçimlər edir. Sevginin, insanın ali bir varlıq olmasına inamın olmadığı bir mühitdə intihar sayının artması təbiidir".

İlahiyyatçı intiharın uşaqlardan da yan keçmədiyini təəssüflə vurğulayıb:

"Əfsuslar olsun ki, bu mərəzin qurbanları artıq məsum uşaqlardır. Onların hələ həyat barədə doğru-dürüst təsəvvürləri belə yoxdur. Valideyn də, məktəb də, ümumiyyətlə bütün cəmiyyət bu yeniyetmələrin həyat barədə düzgün təsəvvürə malik olmamasında günahkardır.

Müasir gənc hansı təfəkkürlə həyata qədəm qoyur?

- Mən heç kəsə lazım deyiləm, hamının məndən gözləntisi var, amma heç kəs məni eşitmək istəmir.
Özünü tənha, lazımsız, yalnız başqalarının gözləntisini doğrultmaq üçün vasitə kimi başa düşən gənc həyatda hansı uğur əldə edə bilər?"

H.Şahin uğurlu və xeyirli övlad yetişdirməyin mühüm yollarına diqqət çəkib:

"Uşağa ilk yaşlarından aşılanmalıdır ki, o, hər bir halı ilə ailəsi üçün dəyərlidir: "Həyat çətindir, sənin uğur yolun uğursuzluqlardan keçir. Qalxmaq üçün yıxılacaqsan. Nəyisə seçəndə nədənsə məhrum olacaqsan. Amma bilməlisən ki, səni sevən və sənə dəstək verən Yaradanın var. Yıxılanda, ucalanda da onu unutma. O, səni sevib deyə yaradıb, sən varsansa, artıq sevilirsən. Onun üçün sənin qəlbin mühümdür, həyatda kim olacağın yox. Həyatda bütün peşələr, bütün sahələrdən faydalanmaq olar. Çalış kim olursansa, ol, faydalı ol. Bu işdə də ailən də, məktəb də, bütövlükdə cəmiyyət də sənə ehtiyac duyacaq. İstər küçə süpür, istər də nazir ol, sən hər bir halınla dəyərli və izzətlisən". Bütün bunları sözlə deyil, əməllə təsdiqləmək gərəkdir".

İlahiyyatçı əlavə edib ki, valideyn övladına nümunə olmalıdır:

"Valideyn özü şükür etməlidir ki, uşaq da bunu mənimsəsin. Valideyn ailədə bir çətinlik yarandıqda dava salmamalı, ailə dağıtmamalıdır ki, övlad çətinliyin öhdəsindən gəlməyin mümkünlüyünə inansın. Valideyn uşağını başqası ilə müqayisə etməməli, onu həmişə seçim etməyə öyrətməli, problemlərini müstəqil həll etməyə təşfiq etməlidir. Ən başlıcası da övladı üçün çəkdiyi əziyyətlər barədə danışmamalıdır, hər ağır durumda təbəssüm etməyi bacarmalıdır. Bütün bunlar kiçik görünsə də, insanın həyata baxışını formalaşdırır və onun gələcəyini müəyyən edir. İntihar sosial problemlərdən daha çox bu amillərin nəticəsidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1227   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr