"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLAR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü "İrəli" İctimai Birliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.
Sonxeber.az xəbər verir ki, "İrəli" İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb.
200-ə yaxın "İrəli" gəncinin iştirakı ilə "Heydər Əliyev: Siyasi başçıdan milli liderə qədər" adlı konfrans keçirilib. Konfransda AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovla yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.
Konfrans Ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçıları çıxışlarında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərində ölkəmizin rifahı və inkişafı naminə çalışdığını, Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Tədbir boyunca Ümummilli liderin gənclərə tövsiyələri, Ulu Öndər irsinin aşılanmasında gənclərin rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlər planı çərçivəsində "İrəli" gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası baş tutub. İştirakçılar Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli liderin keçdiyi şərəfli və unudulmaz ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar, digər unikal eksponatlarla yaxından tanış olublar.
40 komanda üzrə ümumilikdə 200-dən çox gəncin iştirakı ilə təşkil olunan "Nə? Harada? Nə zaman?" intellektual turniri çərçivəsində ümumi dünyagörüşü, tarix, ədəbiyyat, mədəniyyət və incəsənətlə yanaşı, Ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrü, onun həyata keçirdiyi genişmiqyaslı layihələri əhatə edən suallar verilib, qalib komandalar mükafatlandırılıb.
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "İrəli" Media Mərkəzi tərəfindən "Ümummilli lider – 99" adlı qısametrajlı videoçarx hazırlanıb. Birliyin bütün sosial şəbəkə platformalarında yayımlanan videoçarxın başlıca mesajı sənətindən, peşəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər bir gəncin Ulu Öndərin bizlərə miras qoyduğu müstəqilliyi qoruyub saxlamasıdır.




Aysel Quliyeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 870 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabr