Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa yoluxanlar, adətən, yüksək hərarət, qusma, burun axması, baş və əzələ ağrılarından şikayətlənirlər.
Bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, son aylar yoluxucu virus infeksiyası, öncədən rotavirus, onun ardınca da adenovirus müşahidə olunub:
"Bunların ortaq nöqtələri odur ki, gedişatları qusma, ishal, qızdırma ilə müşayiət olunur. Yanaşma belədir ki, əgər həddən artıq maye itkisi yoxdursa, virusların müalicəsi sadəcə simptomatikdir. Əgər qızdırma yüksəkdirsə, bunu dərmanlarla salırıq. Qusması varsa, qusma əleyhinə dərmanlar istifadə edirik. Qarıngetmələrdə isə bağırsaq ortamını düzənləyən bifida-lakta bakteriyalardan, probiotiklərdən istifadə oluna bilər".
Həkimin sözlərinə görə, bu infeksiya uşaqlarla müqayisədə, böyüklərə nadir hallarda keçir:
"Nadir hallarda da olsa, böyüklərə də keçə bilər. Yoluxucu viruslardan qorunmaq üçün sadəcə gigiyenik təmizlik vaistələrindən istifadə edərək, əlləri təmiz saxlamaq lazımdır. Bu, uşaqlarda bir qədər çətin olduğuna görə, hər yerə əl vurduqları üçün virus daha tez və çox yayılır. Amma böyüklər buna riayət edə bilərlər".
Pediatr Əkbər Quliyev onu da əlavə edib ki, əgər qusma, ishal və maye itkisi çoxdursa, mütləq həkimə müraciət edilməlidir:
"Hər bir infeksiyanın təhlükəsi var. Amma nadir hallarda ağırlaşmalar ola bilər. Ağırlaşma müşahidə olunarsa, halsızlıq və yorğunluq davam edərsə, mütləq həkimlərə müraciət etsinlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1551 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr