Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün dünən keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.
Sonxeber.az-ın xəbərinə görə, DİM-dən bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1279 namizəddən 18 nəfəri imtahana gəlməyib.
236 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
Mayın 15-də keçirilən imtahanda 66 nəfər bu ilin, 69 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 135 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 596 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 17-19 may 2022-ci il tarixlərində müraciət edə bilərlər.
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 1-5 iyun 2022-ci il tarixlərində DİM-in saytında internet vasitəsi ilə aparılacaq.
Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 21-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar