Təhsil Nazirliyi açıqladı - Bu müəllimlər işdən azad ediləcək - VİDEO
Bu il orta ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikasiyasına başlanacaq. Proses test imtahanları və müsahibə mərhələlərindən ibarət olacaq.
Sonxeber.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva "Xəbər Ertəsi"nə deyib ki, sertifikasiyanın əsas məqsədi müəllimlərin peşəkar inkişaf səviyyəsinin yoxlanmasıdır.
Tükəzban Quliyeva bildirib ki, keçid balını toplamayan və ya üzürlü səbəblərdən imtahanda iştirak etməyən şəxslər 1 il sonra yenidən imtahan verməli olacaqlar. Ancaq növbəti dəfə uğur qazanmadıqda, həmin müəllimlər işdən kənarlaşdırılacaqlar.
Sertifikasiya imtahanlarının keçirilməsi ilə bağlı qərar isə müəllimlər tərəfindən birmənalı qarşılanmır.
Təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, bu günə qədər müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib, ancaq bu, müəllim peşəkarlığını yoxlamaq məqsədi daşımayıb. Sertifikasiya isə özlüyündə onların peşə bacarıqlarının səviyyəsini ortaya çıxaracaq. Bununla belə, ekspert prosesdə ciddi çatışmazlıqların olacağını istisna etmir.
Onun sözlərinə görə, imtahanlarda uğur qazanmayan müəllimlərin əmək müaviləsinə xitam verilməsi həmin şəxslərin sosial və psixoloji durumlarına ciddi təsir edəcək. O həmçinin deyir ki, sertifikasiyadan keçə bilməmək həmin şəxslərin diplomlarının qüvvədən düşməsi anlamına gəlmir. Yəni işdən azad edilənlər yenidən Müəllimlərin İşə Qəbulu İmtahanlarında və ya digər sahələrdə özlərini sınaya biləcəklər.
Ekspert onu da qeyd edib ki, sertifikasiyanın yekununda 30 faiz müəllimin işsiz qalacağı ehtimal olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7046 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr