BP-nin işçisi sərxoş olub küçədə yatdı - Bahalı saatı, ayaqqabıları oğurlandı
Bakıda Böyük Britaniya vətəndaşının bahalı qol saatını, telefonunu və ayaqqabılarını oğurlayan şəxsə hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 12-də, gecə 2 radələrində Səbail rayonu ərazisində baş verib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, BP şirkətində mühəndis vəzifəsində çalışan V.V dostları ilə birlikdə "Absheron Marriot" hoteldə futbola baxarkən spirtli içki qəbul edib. Daha sonra o, gecə saatlarında hoteli tərk edərək yaşadığı evə getmək istəyib. V.V 28 May metrostansiyasına tərəf gedərkən yolda yuxulayaraq yatıb.
Bu zaman Astara rayon sakini, 1972-ci il təvəllüdlü F.Həsənzadə əcnəbi vətəndaşın sərxoş halda skamyada yatdığını görərək ona yaxınlaşıb. O, Britaniya vətəndaşının dəyəri 6500 manat olan "Luminor Panerai" markalı qol saatını, 1800 manat dəyəri olan "İphone 12 Pro" markalı mobil telefonunu və ayağındakı "Nike" markalı ayaqqabılarını çıxararaq oğurlayıb.
Hadisədən bir neçə saat sonra ayılan Britaniya vətəndaşı ayaqyalın qaldığından taksi ilə evə gedib. Onun əşyalarını oğurlamış F.Həsənzadə isə hadisədən sonra fəhlə kimi işlədiyi bazara gedib. O, oğurladığı 6500 manatlıq saatı 10 manata satıb.
Polis əməkdaşları F.Həsənzadəni yaxaladıqdan sonra oğurladığı telefonu və 10 manata satdığı qol saatını geri qaytarıb. Lakin təqsirləndirilən şəxs BP əməkdaşının ayaqqabılarını Puşkin parkında gizlətdiyi yerdə tapa bilməyib.
Səbail Rayon Məhkəməsində bir neçə gün əvvəl F.Həsənzadəyə hökm oxunub. O, Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci (oğurluq - xeyli miqdarda ziyan vurmaqla və şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. F.Həsənzadəyə 2 il müddətinə həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1514 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr