105 yaşlı Nasxanım nənədən illərin sınağından keçmiş pəhriz menyusu - FOTO
1917-ci ildə Ağsu rayonunun Bicov kəndində anadan olan Nasxanım İmaməliyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir.
Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Nasxanım nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nasxanım nənə bu illərdə xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.
Nasxanım İmaməliyeva hazırda Şamaxı rayonunun Sabir qəsəbəsində qızı ilə birgə yaşayır. Ömrünün maraqlı məqamlarından, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açan Nasxanım nənə ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri yaxınlarından eşitdiyini bildirir.
Nənənin ailəsi kasıb və zəhmətkeş olub, dörd övladını çətinliklə böyüdüb, boya-başa çatdırıb. Yoldaşı 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində faşistlərə qarşı ön cəbhədə döyüşüb, özü isə arxa cəbhədə xidmət edib. Həmin illərdə insanların necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandıran Nasxanım nənə uzun illər kolxozda işləyib. Üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Zəhmətkeş əməkçi kimi xidmətlərinə görə ağbirçək bir neçə dəfə medal ilə də təltif olunub.
Nasxanım nənə deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: "Düzdür, ömrü verən Allahdır, lakin sən də özünü gözləməlisən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz".
Nasxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejimini heç vaxt pozmur. Ağbirçək nənə deyir ki, masanın üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz.
Nənənin qızı Yavər İmaməliyeva bildirir ki, anası hər zaman təbii ərzaqlarla qidalanır. Hər gün təbii bal və müxtəlif tərəvəzlərdən yeyir. Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Toyuq və mal ətini yeməsə də, qoyun əti sevimli yeməklərindən olub.
Bu il nənə 106 yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq, o, özünü gümrah hiss edir.
Qeyd edək ki, 105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 kötücəsi var.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar