Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü? - AÇIQLAMA

Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü? - AÇIQLAMAİstiqamət: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Bildiyimiz kimi, ailə münaqişələri efirlərdə çox müzakirə olunur. Bəzən söz davası, hətta saçyoldu da olur. Efiri isə, böyüklərlə yanaşı, uşaqlar izləyir. Belə verilişləri əvəz edəcək intellektual və maarifləndirici verilişlər yayımlamaq olmazmı?

Məsələ ilə bağlı Sonxeber.az-a millət vəkili Fazil Mustafa fikir bildirib.
Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü? - AÇIQLAMAO, cəmiyyətdə bu məsələyə ikimənalı baxışla yanaşıldığını qeyd edib:

"Azərbaycanda ailə inistutu kifayət qədər deformasiyaya uğrayıb. İndiki şərtlərdə də, sosial problemlər burulğanında bu, ziddiyyətli bir sferadır. Burada çox böyük problemlər var.

İlk növbədə, ailədə olan savadsızlıqdan doğan problemlər var: hüququ bilmədikləri üçün insanlar ailə içində normal davranış tərzini də bilmirlər.

İkinci məsələ isə daha çox sosial problemlərlə bağlıdır. Bu çətinliklərin hamısı ailənin dağılmasına, boşanmaların artmasına şərait yaradır.

Televiziya vasitəsi ilə, həmçinin, mənəvi münasibətlərin olmaması ortaya çıxır.

İndi bunu uşaqlar seyr etməsə, nə dəyişəcək? Yenə hansısa bir problemlərin olduğunu kənardan hər kəs biləcək.

Düzü, kiminsə efirə çıxmasında heç bir problem görmürəm. Müasir dövrdə bele şeyləri gizlətmək mümkün deyil. Efir göstərməsə də, bu, sosial şəbəkələrdə qabaracaq. Yenə də 11-12 yaşlı uşaq bunu izləyə biləcək.

Əlbəttə ki, uşaqların müəyyən elmi kütləvi biliklərə yiyələnməsi üçün verilişlər, proqramlar artırılmalıdır. Mənalı, analitik cizgi filmlərinin sayı çoxaldılmalıdır. Bunlara heç bir etiraz yoxdur. Sözsüz ki, bunlar hamısı olmalıdır.

Amma ailə-məişət münasibətlərinin də televiziyada yayımlanması faciə ilə qarşılanmamalıdır. Bu gün 40-50 il əvvəlki kimi informasiya məkanı yalnız televiziyalar deyil. İstənilən yerdən informasiya almaq olur. Bəlkə də, uşaqlar telefondan böyüklərdən daha yaxşı istifadə edirlər, eyni zamanda, kanal və saytları da çox yaxşı tanıyırlar.

Ona görə də "pis təsir edir" deyib, verilişi bağlayıb, məhdudlaşdırmaq effekt verməz. Sizin də dediyiniz kimi, biz səviyyəli verilişlərin sayının artırılması üçün çalışmalıyıq. Həmin verilişlər daha cəlbedici olsa, uşaqlar ora yönələcəklər. Bu, cəmiyyətin xeyrinə olacaq.

Amma bayağı müzakirələrin getdiyi, bəzən ailə-məişət problemlərinin olduğu verilişin də öz izləyicisi var. Ümumi tələbatın çoxluğunu nəzərə alaraq, həmin veriliş yayımlanır. Çünki kütləvi savadsızlıq olan cəmiyyətlərdə bu cür dedi-qodu, mənasız ailə müzakirələri çoxunu maraqlandırır. Adamın ailədə özünün problemi daha çox olur, amma o, verilişləri elə seyr edir, sanki ona heç dəxli yoxdur. Halbuki bizdə böyük miqyasda ailə ilə bağlı problemlər qabarmaqdadır. Biz onun qarşısını reallıqda almağa çalışmalıyıq. Televiziyada aşkara çıxması, bilinməsi o qədər də qorxulu deyil. Əksinə, müəyyən dərəcə elə insanları daha çox televiziya maarifləndirir ki, ailə dağıtmaq olmaz, ailə dəyərini bilmək lazımdır, müəyyən insanların ailə ilə bağlı daha anlayışlı hərəkət etməsi ümumi cəmiyyətin xeyrinədir.

Uşaqların verilişə baxıb-baxmamasına valideynlər nəzarət etməlidirlər. Amma bunu qadağan etmək bəzi izləyicinin marağına uyğun gəlmir.
Valideynlərə tövsiyə etmək lazımdır ki, övladlarını bu cür səhnələri izləməkdən çəkindirsinlər, uşaqlarının diqqətini daha keyfiyyətli verilişlərə yönəltsinlər.

Dediyim kimi, müasir dövrdə qadağa o qədər də effekt vermir. İnformasiya portalları açıqdır. Hansı məkandan olsa, oradan da tapıb baxacaqlar.

Yüzlərlə mənasız verilişlər verən kanallar var. Düşünməyə yönəldən verilişlərin, filmlərin sayı artırılsa, təbii ki, o uşaqlar mənasız şeylərə meyl göstərməyəcəklər. Uşağın dedi-qodular nəyinə lazımdır? O, artıq bilik öyrədən yerə yönələcək".

Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

Bayağı verilişləri ləğv edib, yalnız intellektual verilişlər yayımlamaq mümkündürmü? - AÇIQLAMAZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1921   Tarix: 18 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr