"Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilib

"Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilibMilli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilib.

"Report"un xəbərinə görə, toplantıda Prezident Administrasiyası, Milli Məclis, Ədliyyə və İqtisadiyyat nazirlikləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mediasiya Şurası, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, hakimlər, vətəndaş cəmiyyəti institutları, sahibkarlar və media mənsubları iştirak ediblər.

Açılış mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış ediblər.

Sonra tədbir panel müzakirələrlə davam edib. Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə keçən "Dayanıqlı inkişaf üçün sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi" adlı birinci paneldə DİM-in icrası üçün dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının, ayrı-seçkiliyə yol verməyən qanunların və siyasətlərin təşviqi, bütün səviyyələrdə effektiv, məsuliyyətli və şəffaf təşkilatların yaradılması mövzusunda çıxışlar edilib.

Mediasiya Şurasının sədri Nadir Adilovun moderatorluğu ilə keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin və QHT-lərin rolu" adlı ikinci paneldə isə vətəndaş cəmiyyətinin savadlandırılması yolu ilə DİM barədə məlumatlılığın artırılması, qanunun aliliyinin təşviqi və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanının təmin edilməsi mövzusunda həyata keçirilən tədbirlər müzakirə olunub.

Dayanıqlı İnkişaf üzrə 16-cı Məqsədin icrasına xidmət edən ədalət mühakiməsinin əlçatanlığının təmin edilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan qanunvericilik, institusional və praktiki tədbirlərdən, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin yaradılmasından, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqindən bəhs olunub.

Eyni zamanda, ədliyyə sahəsində əhaliyə şəffaf, operativ və resurslara qənaət etməklə hüquqi xidmətlər göstərilməsi, bu sahədə elektron və mobil xidmətlərdən istifadə, ədliyyə sahəsində ictimai iştirakçılığın geniş təşviqi barədə faydalı fikir mübadiləsi aparılıb.

Sonda mövzular üzrə müzakirələr keçirilərək maraq doğuran suallar cavablandırılıb.
"Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilib"Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilib"Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilib"Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda ictimai müzakirə keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 671   Tarix: 23 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr