"İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azəbaycan oturduğu bütün diplomatik masalarda qalib və diqtə edən tərəfdir" - DEPUTAT

"İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azəbaycan oturduğu bütün diplomatik masalarda qalib və diqtə edən tərəfdir" - DEPUTAT"Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti qələbəsi kimi də qiymətləndirmək olar".

Bunu Sonxeber.az-a açıqlamasına deputat Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin mayın 23-də "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncama baxan zaman görərik ki, Azərbaycanın yaratdığı komissiyanın tərkibi daha genişdir:

"Bu bir daha onu deməyə əsas verir ki, rəsmi Bakı sərhədlərə dair bir qarış torpağı belə, nə su resurslarını, nə meşə ərazilərini, cüzi də olsa, verib güzəştə getməyəcək.

44 günlük Vətən müharibəsindən öncə də cənab Prezident keçirilən bütün beynəlxalq tədbirlərdə Azərbaycanın torpaqlarının bir qarışını belə, güzəştə getməyəcəyini qeyd edib. Cənab Prezidentin mayın 23-də imzaladığı sərəncam bunu bir daha sübut etdi.

5 saata qədər davam edən Brüssel görüşü tarixə ölkəmizin növbəti siyasi-diplomatik uğuru kimi düşdü. Görüşdə cənab Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin dəyişməz mövqeyini diqqətə çatdıraraq Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyi və azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsinə toxundu. Ən önəmlisi isə odur ki, görüş zamanı Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipi əsasında keçirilən müzakirələrdə "Dağlıq Qarabağ" ifadəsi işlədilmədi, beynəlxalq daşımalar çərçivəsində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə olundu, yaxın günlərdə sərhəddə Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının birinci iclasının keçirilməsi haqqında, sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin görüşməsi kimi mühüm qərarlar qəbul edildi. Əlbəttə, bütün amillər diplomatik qələbəmizlə yanaşı, həm də cənab Prezident İlham Əliyevin necə uzaqgörən siyasətçi olduğunu sübut etdi".

Deputat vurğulayıb ki, artıq Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hakimiyyəti yaxşı anlayır ki, 90-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycan güclü və qüdrətlidir:

"Məhz buna görə də Nikol Paşinyanın fərmanı ilə yaradılan komissiyanın tərkibi Ermənistanla dövlət sərhədinin bütün istiqamətləri üzrə detallı plan hazırlayacaq və delimitasiya Azərbaycan tərəfinin şərtləri əsasında aparılacaq. Ən önəmlisi isə odur ki, Qazaxın yeddi kəndi və Naxçıvandakı Kərki kəndi də delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq, sərhədboyu yerləşən bəzi hissələr Azərbaycanın ərazisi kimi rəsmiləşdiriləcək.

Bundan əlavə, Zəngəzur dəhlizinin açılması ilə sərhədlərin delimitasiyası paralel aparılacaq. Yəni Zəngəzur dəhlizi sərhədlərin müəyyənləşməsi kontekstinin içərisinə salınacaq. Bununla da Ermənistan üçün böyükmiqyaslı təxribatlara heç bir "ayaq yeri" qalmır.

Bu gün cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azəbaycan oturduğu bütün diplomatik masalarda qalib və diqtə edən tərəfdir. Bizə bu möhtəşəm qələbələri yaşadan Ali Baş Komandanımıza, canları, sağlamlıqları bahasına ərazi bütövlüyümüzü bərpa edən şəhidlərimizə və qazilərimizə təşəkkür edirəm. Əminəm ki, cənab Prezident İlham Əliyevin başçılığı ilə ölkəmiz tək döyüş meydanında deyil, hər bir sahədə qalib tərəf kimi adınl tarixə qızıl hərflərlə yazdıracaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1604   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr