Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşüb

Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşübMilli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşüb. Milli Məclisdə baş tutan görüşdə, Komitə sədri sənətkarı uğurla keçən yeni sərgiləri münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Əşrəf müəllim,

Sizi bugünlərdə Bakıda təşkil olunmuş növbəti – "Bizim dünya" adlı sərginizin uğurla keçməsi münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm! Bu il respublikamızda "Şuşa İli"dir. Şuşa ötən ildən rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı statusunu daşıyır. Gələn il isə Şuşa Türk dünyasının Mədəniyyət paytaxtı olacaq. "Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur" məşhur kəlamının müəllifi olan Siz görkəmli sənət xadiminin, Azərbaycanın Respublikasının Xalq rəssamının Şuşa, Qarabağ, ümumən Vətən mövzusuna özünəxas münasibəti "Bizim dünya" sərgisində bir daha təcalla etmişdir. Xeyir və Şər mövzusunun, milli mənəvi dəyərlərimizin ehtiva olunduğu elementlərin çoxluq təşkil etdiyi əsərləriniz sənətsevərlərə yaxşı məlumdur.

Sizin əsərlər Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da sərgilənmişdir.
Siz öz emosional hisslərinizi yüksək sənətkarlıq və peşəkarlıq müstəvisində ifadə etmiş, tamaşaçılara sənət zövqü, sevinci yaşatmısız. Ümumiyyətlə Sizin işlərin əsas mövzusu Azərbaycandır, Azərbaycan xalqıdır. Əslən içərişəhərli olmağınız Sizin İçərişəhəri, Bakını yüksək duyumla təsvirinizə təkan vermiş olsa da, Siz İçərişəhərin dar küçələrindən Türk dünyasının genişliyinə ustadcasına keçid edə bilirsiz. Özəlliklə son vaxtlar ümumtürk miqyaslı mövzuların Sizin fırçanızla yeni ömür qazanmasının şahidi olmaq çox xoşdur: Siz Türk dünyasının böyüklüyünə, zənginliyinə, mədəniyyətimizin dərinliyi və sənətimizin üfüqlərinə yeni rəng qatır, əlvanlıq qazandırırsız.

Təsadüfi deyil ki, Sizin yaradıcılığınızda etnoqrafik yaddaş öndə olmaqla, xalqımızın tarixi, mədəniyyəti və folklor sənətinin inciləri önəmli yer tutub.

Sizin əsərləriniz bir çox dövlətlərin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların tanınmış sərgi zallarında nümayiş edilir. Siz öz sənətiniz, yaşam fəlsəfənizlə Azərbaycan mədəniyyətini dünyada tanıdırsız. Əsərlərinizin əsas predmeti insanlar və təbiət olmaqla, yaradıcılığınızda mənəvi dəyərlərə aid yüksək ideyalar öz inkasını tapıb.

Çox şadıq ki, "Bizim dünya" bizim əziz Şuşanın, digər şəhər və kəndlərimizin düşmən tapdağından azad olunmasının, həmin şəhər və kəndlərin yenidən təməllərinin atılmasının – azadlıqdan abadlığa, işğalçılıq mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçidin fərəh və qüruru içində təşkil olunub.

Sizi bütün uğurlarınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm"!

Xalq rəssamı səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Qənirə Paşayeva dünyaşöhrətli Azərbaycan rəssamı Əşrəf Heybətovla görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 753   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr