Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıbMilli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Sonxeber.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

2. İnzibati Prosessual Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. Şəhərsalma və Tikinti Məcəlləsinə, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

8. "Elektroenergetika haqqında" qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

9. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

10. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

11. Cinayət Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

12. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

13. "Əhalinin sağlamlığının qorunması haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

14. "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

15. Mülki Məcəlləyə, Miqrasiya Məcəlləsinə, "Yanğın təhlükəsizliyi haqqında", "Yerin təki haqqında", "Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik haqqında", "Atmosfer havasının mühafizəsi haqqında", "Tütün və tütün məmulatı haqqında", "Telekommunikasiya haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Pambıqçılıq haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunlara dəyişiklik edilməsi layihəsi (birinci oxunuş).

16. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. "Daşınar əmlakın yüklülüyü haqqında" qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1157   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr