İnternetdə istəmədiyiniz fotolarınız var? – SİLDİRMƏYİN YOLLARI – Pul istəyənlər...

İnternetdə istəmədiyiniz fotolarınız var? – SİLDİRMƏYİN YOLLARI – Pul istəyənlər..."Sahibindən icazəsiz ona məxsus foto və videoların yayılması həm Azərbaycan Respublikasının qanunvericiliyində, həm də beynəlxalq qanunvericilikdə qadağandır".

Bunu Lent.az-a Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov deyib.

Hazırda isə insanların internetdə olan və istəmədikləri fotolarını və videolarının sildirməyin problemə çevrilməsi gündəm olub.

Belə ki, verilişlərin birində müğənni Xuraman Şuşalı bəzi hicabsız görüntülərini internetdən sildirə bilmədiyini deyib. O bildirib ki, sildirə bildiklərini sildirib, sildirə bilmədikləri isə qalıb. Çünki həmin şəkilləri başqaları yayacaq və bu da biznesə çevriləcək.

Ümumiyyətlə, hər gün "filan məşhurun +18 fotosu yayıldı", "filan aktrisanın lüt şəkilləri internetə sızdırıldı", "Şantaj olundu, sildirmək üçün külli miqdarda pul verdi" və s. bu kimi biabırçı xəbər manşetləri qarşımıza çıxır. Bu gün minlərlə insan onlara məxsus şəxsi şəkillərin "fake" səhifələrdə, hesablarda yayılmasından zinhara gəlib. Bu, ilk olaraq insan hüquqlarının pozulmasıdır. Hətta neçə-neçə insan olub ki, buna görə, həyatına qəsd edib.

Lent.az bu məqalədə uyğunsuz şəkilləri yaymağın cəzasını, onları sildirməyin qanuni yollarını, belə hallarda nə etməli olduğunuzu sizə təqdim edir.

Bu mövzu barədə ekspert Nicat Manafov ətraflı danışıb:

"Sahibindən icazəsiz ona məxsus foto və videoların yayılması həm Azərbaycan Respublikasının qanunvericiliyində, həm də Beynəlxalq qanunvericilikdə qadağandır. Məsələn, sizin özəl həyatınıza aid görüntülər yayılıbsa, bu mövzuda "reporting" vasitəsilə həmin sosial şəbəkəyə müraciət edirsiniz ki, həqiqətən sizə məxsusdursa, şər-böhtan xarakterlidirsə və bir neçə faktınız varsa, bunu sübut etmək lazımdır. Həmin alqoritmdə qeyd etmək lazımdır ki, filan şəxs mənim şəkillərimdən istifadə edir, şantaj edir və s.

Müraciətə cavab gələndən sonra ən gec 48 saat ərzində həmin şəkillər silinmiş olur. Ancaq, bəzi sosial şəbəkələr buna çox gec reaksiya verirlər. Elə olur ki, saytlardan foto sildirmək üçün pul tələb edirlər. Siləcəklərini deyirlər, silmirlər və ya yayırlar ki, bunu biznesə çevirənlər baş qaldırır. Onların əlinə kürək verməmək üçün də paralel olaraq Daxili İşlər Nazirliyinə şikayət olunmalıdır.

Əgər sosial şəbəkələrdən yox, hansısa web-saytlar tərəfindən yayılıbsa, https://www.dmca.com/ şirkətinin müraciət etmək lazım gəlir. Bu sayt fotoların yayılma qaynağını tapır, rahatlıqla silinməsini təmin edir".

Ekspert bildirir ki, digər ölkələrdə bununla məşğul olan müəyyən şirkətlər var:

"Azərbaycanda bu, o qədər də inkişaf etməyib. Xarici ölkələr vətəndaşların bu barədə hüquqlarını belə qoruyurlar: onlar sosial şəbəkələr üzrə nümayəndəlik açırlar və insanlar hüquq-mühafizə orqanlarına yox, həmin nümayəndəliklərə müraciət edirlər. Məsələn, "Facebook"da yayılan şəkli aradan qaldırmaq üçün həmin sosial şəbəkənin nümayəndəliyinə müraciət edir, şəkil silinir. Azərbaycanda isə birbaşa baş ofisə şikayət ediləndə uzun müddətə cavab gəlir: artıq iş-işdən keçəndən sonra 1-2 həftəyə cavab verirlərsə, nə fərqi…".

Çox uzağa getməyək, elə qonşu Türkiyədə hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edəndə problem maksimum 1-2 saata aradan qaldırılır, qanunu pozan şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bunu ölkəmizdə tətbiq etmək vacib məsələlərdən biridirsə, daha nəyi gözləyirik? Daha nə qədər vətəndaş bu cür şantaj üsullarından zərər çəkməlidir?

Mütəxəssislər bildirir ki, çılpaq, lüt və ya uyğunsuz foto və videolarla şantaj olunursunuzsa, birincisi, şantaj edən tərəfə əsla tabe olmayın: "Bu, sizi qaranlıq tuneldən çıxmağa qoymayacaq. Ya pulunuz gedəcək, ya da canınız. Bu isə həll yolu deyil.

İkincisi, vaxtında polisə müraciət edin. Problemi soyuq başla həll etməyə çalışın.

Hamının başına gələ bilər, heç kim heç nədən sığortalanmayıb.

Üçüncüsü, isə bunu lazım gəldikdə açıqlayan ilk siz olun. Ən böyük biclik düzlükdür".

Ümid edirik ki, lazımi orqanlar və qurumlar hərəkətə keçəcək. İnsanların həyatı bu qədər ucuz olmamalıdır axı...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1068   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr