Hafiz Hacıyev Vilyama qalan mirasdan SÖZ AÇDI: "Yoldaşının babasının sovet dövründə bir manatı da olmazdı"
"Vilyam Hacıyevin yoldaşının babasının sovet dövründə 1 manatı da olmazdı".
Bu sözləri Lent.az-a Vilyam Hacıyevin əmisi nəvəsi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Xatırlatma:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə iclası zamanı sabiq icra başçısı Vilyam Hacıyev ifadə verən zaman dediyi bir neçə məqam müəammalı qalıb.
Belə ki, prosesdə dövlət ittihamçısı çıxış edərək Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar və 1 milyon avro aşkar edildiyini vurğulayıb.
Keçmiş icra başçısı isə buna belə açıqlama verib:
"Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə əldə edilməyib. Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından və qohumlarından miras qalıb".
Maraqlıdır, Vilyam Hacıyevin yoldaşının babası kimdir?
Hafiz Hacıyevin sözlərinə görə, Cülyetta Hacıyevin babasının o qədər pulunun olması mümkünsüzdür:
"Siz belə deyirsiz, amma Vilyam Hacıyevlə o qədər də yaxın qohumluğum yoxdur. Sadəcə, atamın əmisi nəvəsidir.
Cülyetta Hacıyevanın babasının o pulu haradan aldığını bilmirəm. Sovet dövründə heç dollar da yox idi.
Onların burnundan gəlsin, prezidentə hamısı xəyanət elədi. Heyf, prezidentin əziyyətinə. Cülyetta haradan alıb, neçə alıb, onu bilmirəm. Hər halda, bu yanlış fikirdir. Onun babasını da tanımıram.
Cülyetta Ramiz Mehdiyevin yoldaşının xalası qızıdır. Ramiz Mehdiyevin də yoldaşı erməni əsilli idi. Amma, hər halda onların o qədər pulları olması mümkün deyil.
O qədər pulları var idisə, niyə icra başçısı olurdu? Böyük zavod, fabrik açardılar. Yalan söhbətdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1293 Tarix: 27 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr