7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO

7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEOPrezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Sonxeber.az xəbər verir ki, bu gün həmin məkanda baş tutan tədbiri çıxış nitqi ilə açan 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov bildirib ki, Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin imzaladığı əfv sərəncamı 3 nəfərə şamil olunub, onlardan biri azadlığa buraxılıb, digər iki şəxsin isə cəza müddəti azaldılıb:

"Onlardan biri 1991-ci il təvvəlüdlü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 maddəsi ilə 8 il 5 ay 7 gün azadlıqdan məhrum edilən Ağazadə Qəfər Telman oğlunun cəzası tam ləğv edilib, ikisinin cəza müddəti isə azaldılıb. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu günə qədər 68 əfv sərəncamı imzalanıb. Hər bir sərəncamın özünəməxsus hüquqi və humanist dəyəri var.

Bu sərəncamlar məhkumların islah prosesinə çox müsbət təsir göstərir. Bu günədək 7 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə məhkum imzalanan əfv sərəncamı və amnistiya aktı ilə azadlığa buraxılıb. Mən də öz adımızdan cənab Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Bu bayramların azadlığa buraxılan məhbuslar üçün xüsusi dəyəri var. Onlar cənab Prezidentin humanist addımı ilə öz ailələrinə, yaxınlarına və sevdiklərinə qovuşurlar".

Rasim Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsində 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbusların yaxınları da iştirak edib:

"Bu gün əfv sərəncamının şamil olduğu Ələsgər Xuduyevin oğlu da Şuşa uğrunda döyüşlərdə şəhid olub. Dünən cəzasının azaldığını eşidən Ələsgər Xuduyevin sevincinin həddi-hüdudu yox idi.

Bu cür humanist addımlara görə cənab Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevaya bir daha təşəkkür edirəm. Bundan sonra da cənab Prezidentin göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirməyə hazırıq".

Tədbir zamanı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ələkbər Mirzəyev və Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlunun iştirakı ilə azadlığa buraxılan məhkuma arayış təqdim olunub və o, azadlığa buraxılıb.

Əfv sərəncamı ilə azadlığa buraxılan Qəfər Ağazadənin anası humanist addımına görə ölkə başçısına təşəkkür edib. O, həmçinin, bu illər ərzində oğluna göstərilən qayğıya görə 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə də minnətdarlığını bildirib.

Q. Ağazadənin anası qeyd edib ki, oğlunun ziyarətinə gəldikdə burada onu daim yüksək qayğı və diqqətlə qarşılayıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib, eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaşı olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.

Aysel Yusifqızı
FOTO: Pərviz Allahverdiyev
7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1730   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr