Bu tələbələrin uğurlu karyera quracaqları şübhəlidir - Ekspertdən AÇIQLAMA

Bu tələbələrin uğurlu karyera quracaqları şübhəlidir - Ekspertdən AÇIQLAMASon zamanlar xaricdə təhsil alanların sayı durmadan artır. Bu, Azərbaycan universitetlərində tələbə çatışmazlığına səbəb ola bilər?

Mövzuyla bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirdib ki, Azərbaycan itirdiyi abituriyentləri xaricdən tələbə gətirməklə kompensasiya etməlidir:

"Xaricdə təhsil həmişə aktual mövzu olub. Bunun həm mənfi, həm müsbət tərəfləri var. Amma onlardan hansının daha üstün olduğunu dəyərləndirmək lazımdır.

Azərbaycan müstəqillik əldə edəndən sonra həm dövlət hesabına, həm öz hesabına xaricdə təhsil imkanları genişləndi. Başda Türkiyə olmaqla, Rusiya, Ukrayna, Avropa ölkələri və ABŞ-da təhsil alanların sayı artdı. Xaricdə təhsil proqramları Azərbaycan üçün çox faydalı addım oldu. Üç minə yaxın tələbə xaricdə təhsil aldı. Onlardan bir hissəsi hazırda dövlət hakimiyyət orqanlarının üst pillələrində çalışır, bir hissəsi universitetlərimizdə tədris fəaliyyəti ilə məşğul olur. Ona görə də ən yaxşı məzunlarımızın xaricə getməsi alqışlanmalıdır.

Əvvəlki illərdə 3 minə yaxın xaricdə təhsil alan tələbə var idi. Eyni zamanda hər il 200-ə yaxın tələbə Macarıstan, Çin və başqa ölkələrə dövlət proqramı ilə göndərilir. Ali təhsildə rəqabətin artması üçün hər il 150-200 doktorant dünyanın ən reytinqli universitetlərindən qayıdıb Azərbaycan universitetlərində işləmək üçün göndərilir.

Tələbələrin yüksək akademik göstəricilər ilə gedib dünyanın nüfuzlu universitetlərində oxuması bizim qürur mənbəyimizdir. Bu, Azərbaycan üçün faydalıdır. Bunu etiraf etməliyik ki, xaricdəki universitetlərin maddi-texniki bazası, laboratoriyası, tədqiqata ayırdıqları büdcə bizimkilərdən qat-qat çoxdur.

Tibb, dəqiq ixtisaslar üzrə universitetlərimizin maddi-texniki bazası dünyanın top universiteləri ilə müqayisə edilə bilməz. Amma bir qrup tələbələr var ki, attesstat balı ilə xüsusilə Türkiyə, Gürcüstan, Ukraynaya gedirlər. Azərbaycanda 150 və daha aşağı bal toplayanlar bu ölkələrə üz tuturlar. Onların uğurlu karyera quracaqları şübhəlidir. Xaricdə təhsil şirkətləri bundan mənfəət əldə edir, amma həmin tələbənin uğurlu karyerası olmur.

Xaricdə təhsil bir rəqabətdir və valideynlərin seçimidir. Eyni zamanda, Azərbaycan çalışmaldır ki, xaricə getmək istəyənlər burada oxusunlar, həm universitetin madddi texniki bazası, həm təhsil haqqı valideynlərə daha cazib olsun ki, övladlarını xaricə göndərməsinlər.

Rəqabət əslində inkişafa gətirib çıxarır. Şəxsən mən, təhsil eksperti kimi, bakalavr təhsilinin Azərbaycanda alınmasının lehinəyəm. Çünki 18-19 yaşlı gənclərin şəxsiyyəti tam formalaşmır. Onlar müxtəlif təsirlərə düşüb milli kimliklərindən uzaqlaşa bilərlər. Bakalavr təhsilini yüksək səviyyədə verən Azərbaycan universitetləri az deyil. Daha çox magistratura, doktorantura istiqamətində xaricdə təhsil dəstəklənməlidir. Hazırda xaricdə təhsil dövlət proqramında da bu istiqamətdədir. Onların 80 faizi magistratura istiqamətindədir və 25-30 faizi kompüter ixtisaslarıdır.

Xaricdə təhsilə uyğunlaşmış tələbələr Azərbaycan universitetlərində kifayət qədər maddi-texniki bazası olmayan ixtisaslara göndərilməlidir. Amma öz hesabına xaricdə oxumaq istəyənlərə məhdudiyyətin qoyulması mümkün deyil. Dövlət sadəcə qeyri-qanuni unversitetlərdən diplom alanların diplomunu notifikasiya və akkreditasiya ilə təsdiq edəndə saxta və gerçəyi ayırmaqda təzyiq göstərə bilər. Amma dediyim kimi, Azərbaycandan hər il təqribən 5-6 min tələbə xaricə gedir və xaricdən də Azərbaycana 1500-2000 tələbə gəlir. Çalışmaq lazımdır ki, xaricdən gələn tələbələrin sayı artsın və dövlət buradan itirdiyi abituriyentləri əcnəbi tələbələr ilə kompensasiya etsinlər".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1338   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr