Saleh Rüstəmli azadlığa çıxan kimi Azərbaycanı TƏRK ETDİ
Əfv sərəncamı ilə bu gün azadlığa buraxılan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edib.
Bu barədə onun vəkili Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, Saleh Rüstəmli tələb olunan şərtə əməl edərək ölkədən gedib.
Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunub.
S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib./Redaktor
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3975 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr