Bakıda narkomanların yeni məskəni - Sakinlər hər gün bu təhlükə ilə üzləşir - VİDEO
Paytaxtın Nizami rayonundakı binalardan biri narkotik istifadəçilərinin məskəninə çevrilib. Sakinlərin sözlərinə görə demək olar ki, hər gün blokdakı poçt qutuları, eləcə də su və qaz sayğaclarının içərisindən şpris tapırlar. Deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. Artıq Daxili İşlər Nazirliyi həmin ərazini nəzarətə götürüb və oraya əlavə naryadlar təhkim edilib.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski 75 ünvanında yerləşən binanın blokları narkomanların məskəninə çevrilib.
Sakinlərin iddialarına görə narkomanlar bloklarda müxtəlif narkotik maddələri qəbul etdikdən sonra şprisləri heç kəs görməsin deyə su və qaz sayğaclarının içərisinə atırlar.
Sakinlərin sözlərinə görə belə vəziyyət 2 ildən çoxdur ki, davam edir və bu, onları narahat edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, artıq ərazi tam nəzarətə götürülüb, problem həll olunanadək həmin məkana əlavə naryad qrupları təhkim olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1257 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr