Qazilər intihar edir - Problemin həlli nədədir? - AÇIQLAMA
Təəssüf ki Qarabağ uğrunda gedən döyüşlər zamanı yaralanan, psixoloji sarsıntı keçirən igidlərimizin hələ də ara-ara intihar xəbərlərini eşidirik. Görünür, bu istiqamətdə görülən işlər, yardımlar yetərsizdir. Bu gün hansı tədbirlər görülməlidir ki, qazilərimiz intihara əl atmasınlar?
Mövzuyla bağlı Sonxeber.az-ın suallarını millət vəkili Razi Nurullayev cavablandırıb.
O bildirib ki, Azərbaycanda ümumiyyətlə "psixoloq", "psixiatriya" deyəndə hər kəs düşünür ki, insan dəli olanda həmin həkimin yanına gedir:
"İnsanlar hesab edirlər ki, psixoloqa, psixiatra ancaq dəli olanlar müraciət edir və kimsə də getsə, ayıb sayılacaq. Amma bütün dünyada da bu belədir ki, stress keçirmiş, şok yaşamış insanlar həmişə psixoloq xidmətindən istifadə edirlər.
Çox təəssüflər olsun ki, Azərbaycanda müharibə iştirakçılarına lazımi psixoloji xidmət göstərilmədi. Onlara bu xidmətlərin göstərilməsi çox yaxşı olardı. Xüsusən, yaşlılar var idi ki, psixoloji durumları lap pis idi. Onları müəyyən xəstəxanalara təhkim edib, müəyyən həkimlər vasitəsilə daim nəzarətdə saxlamaq lazım idi. Hər gün sosial işçi onlarla görüşməli, danışmalı, fikirlərini öyrənməli idi. Bəlkə də, dövlət tərəfindən onların fikirlərini dağıdacaq, stresdən qurtaracaq təkliflər edilə bilərdi. Məsələn, həmin şəxsləri turla harasa aparmaq olardı.
Əslində bunların hamısı olmalı idi. Mən bununla bağlı çox danışdım, amma təəssüflər olsun ki, təkliflərim yerinə yetirilmədi. Bu məsələlər intiharların qarşısını bir qədər də olsa, ala bilərdi".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3839 Tarix: 02 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabr