Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür
Bu gün peşə borcunu yerinə yetirərkən Azərbaycan mətbuatının iki nümayəndəsinin erməni terrorunun qurbanı olmasından 1 il ötür.
Sonxeber.az xatırladır ki, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü.
Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 4-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Məhərrəm İbrahimov və Sirac Abışov vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 908 Tarix: 04 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabr