"Teknofest"də iştirak edən Azərbaycanın hərbi pilotları mükafatlandırılıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə uçuşları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının çıxışları, eləcə də Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda təqdim olunan müasir hərbi-texniki avadanlıqlar ziyarətçilərin böyük marağına səbəb olub.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışlarının Ordumuzda təhlili və şəxsi heyət arasında təbliğ edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən nazir 2021-ci il iyunun 5-də imzalanan "Şuşa Bəyannaməsi"nin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Bəyannamənin tələblərindən irəli gələn fəaliyyətlərin Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirildiyi qeyd olunub.
Sonda "Teknofest Azərbaycan" festivalında iştirak edən hərbi qulluqçuların təltif edilməsi barədə müdafiə nazirinin əmri aidiyyəti üzrə çatdırılıb. Əmrə əsasən festivalda fəal iştirak edən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandılıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 796 Tarix: 04 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabr