Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR: Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlər

Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR: Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlərŞəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qız zorla ərə verilir.

Bizim.Media-ya bu barədə kənd sakinləri məlumat veriblər.

Belə ki, Zeynəb Umar qızı Məmmədova aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovla bu gün qeyri-rəsmi nikaha daxil olacaq. Məlumata görə, Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.

Kənd sakinlərinin sözlərinə görə, qız iki ay əvvəl Sərxan Rüstəmov tərəfindən qaçırılıb. Bu gün isə toy baş tutacaq.

Kiçik Dəhnə kənd bələdiyyə sədri Əlvida Calalov Bizim.Media-ya məsələdən xəbərsiz olduğunu bildirib. Bələdiyyə sədri aqressiv tərzdə kənddə qaz, işıq, su, zibil və digər məsələlərlə məşğul olduğunu deyib:

"Mən nə deyə bilərəm? Nəyimə lazımdır ki... Bilmirəm, kim-kimi alır, kimi-kimə verirlər. Qeydiyyat icra nümayəndəsində gedir", - deyə bələdiyyə sədri cavab verib.

Kənd ərazi nümayəndəsi Seyran Manafovun sözlərinə görə, ailə bu gün cütlüyə nişan mərasimi keçirir:

"Toyun sahibi şəhid atasıdır. Deyir, qocalmışam, nəvəmə nişan edirəm və istəyirəm, xeyir işlərini görüm. Qanunsuz olduğunu bilirik. Polis də xəbərdardır. Nə edə bilərik?"

Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov isə toyun baş tutmaması üçün səlahiyyətləri çərçivəsində addım atdıqlarını qeyd edib.

"Rəhbərlik Sərxan Rüstəmovun babası Tapdıq Rüstəmovu fərdi qaydada qəbul edərək azyaşlının nikaha girməsinin qanunsuz olduğunu izah edib. Ona qanunvericiliyin tələbi izah olunub. Amma Tapdıq müəllim özünü aqressiv aparır və oğlunun şəhid olduğunu əsas gətirərək nəvəsinə toy edəcəyini israr edir.

Şəhid atası olduğu üçün yumşaq tərzdə izahat işləri apardıq və toyun yolverilməz olduğunu anlatmağa çalışdıq. Rəhbərlik bu barədə ərazi üzrə polis rəisini də məlumatlandırıb və müvafiq tapşırıq verib. Ola bilsin ki, bu gün toyu etməyə cəhd etsinlər. Amma aidiyyəti qurumlar bundan xəbərdardır. Hər halda polis vaxtında məsələyə müdaxilə edəcək və qanunvericiliyin tələbini hər iki ailəyə izah edəcək.

Maraqlıdır, Tapdıq müəllim bu qədər müdaxiləyə və izahata niyə məhəl qoymur? Yaxşı olar ki, normal şəkildə anlayıb, toydan vaz keçsinlər. Nə tələskənlikdir ki? Belə nüanslara görə biz də çətin durumda qalırıq", - deyə o bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib:

"Daxil olmuş məlumatla əlaqədar hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub və araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ötən il Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-in evləndirilməsi faktı öz təsdiqini tapmışdı. Yeniyetmənin valideynləri polisə dəvət olunaraq izahatları alınmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1711   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr