Şəhid jurnalistin məzarı ziyarət olundu

Şəhid jurnalistin məzarı ziyarət olunduJurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib.

Mərhumun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.

Mərasimdə M.İbrahimovun iş yoldaşları, media nümayəndələri, ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid jurnalistin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Şəhidin qardaşı, jurnalist Əsgər İbrahimov, bacısı Sevda İbrahimova Məhərrəmin ömür yolundan danışıb, xatirəsinin daim əziz tutduqlarına, ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm İbrahimov peşəkar jurnalist kimi məhz AZƏRTAC-da formalaşıb, ordu həyatının işıqlandırılmasında yaxından iştirak edib, onun qaynar nöqtələrdən, hadisə yerindən hazırladığı reportajlar oxucular tərəfindən maraqla qarşılanıb.

Məhərrəmin verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsindən, həmçinin insani keyfiyyətlərindən danışan D.İsmayılov deyib:

"O, 39 yaşında şəhidlik zirvəsinə ucaldı. Hamımız bu dünyadan köçəcəyik, bəlkə də çoxlarımızı xatırlamayacaqlar, ancaq Məhərrəm daim xatırlanacaq. Çünki şəhidlər ölmürlər, onlar qəlblərdə daim yaşayırlar".

Şəhid jurnalistin məzarı önündə çıxış edən digər həmkarları da onunla bağlı xatirələrini dilə gətirib, doğmalarına səbir diləyiblər.

Bütün şəhidlərimiz kimi Məhərrəm İbrahimov da yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar müxbir kimi gördüyü işlər heç vaxt unudulmayacaq.

Qeyd edək ki, bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötür. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1340   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr