Kirayə qalmağa ev tapmayan oğlanlar nə etsinlər? - Ekspertdən AÇIQLAMA
"Qızlar üçün kirayə ev", "ailəli şəxslərə kirayə ev" tipli elanları çox gördüyümüz halda "oğlanlar müraciət etməsin" tipli elanlara da rast gəlirik. Bakının "ev kirayəsi" məsələsi oğlanlar üçün bir dərddir. İstər tələbə, istər işləyən və ya sadəcə yaşamağa ev axtaran oğlan ev tapmaqda çətinlik çəkir.
"Qurunun oduna yaş da yanır" burda deyiblər. Mənzil sahibi bir dəfə oğlana kirayə ev verib, mənfi halla rastlaşdıqda ikinci dəfə bu cinsin nümayəndələrinə evini həvalə etmək istəmir.
Bu gün evini kirayə verənlərin əksəriyyəti xanımlara üstünlük verir. Belə yerdə deyiblər, "adamın adı çıxınca canı çıxsın".
Bəs bunun səbəbi nədir ?
Mövzu ilə bağlı Sonxeber.az saytına əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə fikir bildirib.
O, elanlarda adətən xanımlara müraciət olunduğunu təsdiqləyib:
"Kirayə verənlər adətən evli şəxs və ya qız kirayəçi axtarırlar. Bunun səbəbi isə oğlanların evi səliqəsiz saxlamaları, ev əşyalarına zərər yetirib xarab eləmələridir. Çox zaman kirayə üçün müraciət edəndə ev sahibi qalan şəxslərin genderini araşdırmaqda maraqlıdır. Adətən kirayə qalan şəxslər evi tez müddətdə tərk etdikləri üçün sahibkarlar seçim zamanı ehtiyat edirlər".
Ekspert bildirir ki, kirayə qalan şəxs və sahibkar arasında müqavilə bağlanmalıdır:
"Təsssüf ki, hazırkı zamanda bir çox sahibkarlar müqavilə bağlamaqdan boyun qaçırırlar. Müqavilədə evdə yaşayan zaman əşyalara zərər gəlməyəcəyi və sahibkarın qoyduğu başqa şərtlər qeyd olunur".
Bəs makler adlandırdığımız şəxslərin rolu nədən ibarətdir?
Ekspert əlavə edib ki, onlar sadəcə vasitəçidirlər. ev tapmaqda yardım edib, qarşılığında müəyyən miqdarda pul alırlar.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1799 Tarix: 06 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabr