Bakıda təhlükə yaradan gecə klubu bağlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Sonxeber.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2222-ci məhəllə ünvanında yerləşən "ENJOY" gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;
- obyektin əsas zalında döşəmə hissə divar boyunca 40sm hündürlüyündə taxta diktlərdən istifadə olunaraq üzəri xalça ilə üzlənib ki, bu da əlavə yanğın təhlükəsi yaradır;
- obyektin qapılarının təxliyə məqsədilə çıxış istiqamətində açılması təmin edilməyib;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;
- elektirik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, obyekt ehtiyat elektrik generatoru ilə təmin edilməyib;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2222-ci məhəllə ünvanında yerləşən "ENJOY" gecə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.
Qeyd edək ki, vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını birdiriblər.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar